Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Japarov: "Birgə Bəyannamə strateji münasibətlərin daha dərin xarakterini təsbit edir"

© Official website of President of Azerbaijan RepublicQırğızıstan Prezidenti Sadır Japarov, arxiv
Qırğızıstan Prezidenti Sadır Japarov, arxiv - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Qırğızıstan Prezidenti bildirib ki, Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
BAKI, 24 aprel — Sputnik. Bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi barədə Birgə Bəyannamə imzaladıq. Bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
"Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir" - Prezident Sadır Japarov qeyd edib.
O bildirib ki, Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
Qırğızıstan Prezidenti əlavə edib ki, sabah bu məktəbin təməlini qoymağı planlaşdırırıq.
Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0