SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan cəmiyyətində revanşizmi körükləyənlərin erməni xalqı vecinə deyil - Deputat

© Sputnik / Murad OrujovLaçın sərhəd-keçid məntəqəsi, arxiv
Laçın sərhəd-keçid məntəqəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Millət vəkili bildirib ki, Azərbaycanın xarici siyasətində qazandığı uğurlar bir çox dairələri narahat edib və onların Azərbaycana qarşı hərəkətə keçməsinə gətirib çıxarıb.
BAKI, 24 aprel — Sputnik. Aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunda verdiyi açıqlamalarla ictmiyyətdə maraq doğuran bir suallara aydınlıq gətirdi. Azərbaycan liderinin Avrasiya İqtisadi İttifaqı, Ermənistanı silahlandıran ölkələr və Azərbaycana qarşı soyuq müharibənin aparılması ilə bağlı fikirləri ölkə lideri tərəfindən səsləndirilən fikirlərin əsas diqqət çəkən məqamları kimi qeyd olunur. Prezidentin müxtəlif mövzularla bağlı fikirləri Azərbaycan xarici siyasət xəttinin konturlarını aydın ifadə edəsi idi.
Millət vəkili Elman Nəsirov Azərbaycan liderinin son açıqlamalarını Sputnik Azərbaycan-a şərh edib.
Millət vəkili bildirib ki, Azərbaycanın xarici siyasətində qazandığı uğurlar bir çox dairələri narahat edib və onların Azərbaycana qarşı hərəkətə keçməsinə gətirib çıxarıb. Onun sözlərinə görə, prezidentimizin də ifadə etdiyi kimi bu gün ölkəmizə daxil heç bir təhlükə və təhdid yoxdur:

"Bizim üçün əsas təhdidlər xaricdəndir və bunlar əsasən iki istiqamətlidir. Bunlardan biri ideoloji, digəri isə sərhədlərdən gələ biləcək təhdidlərdir".

© sputnik.azPolitoloq Elman Nəsirov
Politoloq Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Politoloq Elman Nəsirov
Millət vəkili deyir ki, Azərbaycan ə Ermənistan sülhə heç olmadıqları qədər yaxındırlar:
"Azərbaycanın 4 kəndinin qaytarılması da ikitərəfli danışıqların nəticəsi idi. Vasitəçilər olmadan Azərbaycan Ermənistanla dil tapa bilir. Təəəssüf ki, vasitəçilər, xüsusilə də, Fransa Ermənistan baş nazirinə çox pis məsləhətlər verir. Bu gün Ermənistanı yanlış yönələndirmək istəyənlər Azərbaycana qarşı soyuq müharibə elan ediblər. Prezidentin Ermənistanı silahlandıran ölkələrin adını çəkməsi həm də ölkəmizə qarşı kimlərin soyuq müharibə apardığının ünvanı idi. Ermənistnaın silahlandıranların məqsədi revanşizmi gücləndirmək istəəyənlər bu ölkəni üçüncü Qarabağ müharibəsinə hazırlayırlar. Ancaq obyektiv yanaşsaq Paşinyan baş verənləri düzgün qiymətləndirə bilir. Azərbaycanla münasibətlər normallaşmasa Ermənistanın perspektivi qaranlıqdır və bunu Paşinyan da dərk edir".

"Azərbaycan və Ermənistan qonşu dövlətlərdir. Bizim başqa yerə köçüb getmək niyyətimiz yoxdur. Ona görə də Azərbaycanla permanent düşmənçilik vəziyyəti Ermənistanın özünü çıxılmaz vəziyyətə salır. Hesab edirəm ki, bu günlərdə Paşinyan praqmatik mövqe ortaya qoyur. Azərbaycan bu gün dünənkindən, sabah da bugünkündən güclü olacaq. Pa.inyan bunu yaxşı dərk edir. Ermənistanı Azərbaycana qarşı gücləndirmək istəyənlər də gərək bunu unutmasınlar. Ermənistanla kommunikasiyalar açılmalıdır və Ermənistan da bunun onun mənafeyi üçün önəmini qəbul edir", – millət vəkili bildirib.

Deputat hesab edir ki, iki tərəf arasında nəqliyyat-kommunikasiların bərpası elə Zəngəzur dəhlizinin işə salınması anlamına gəlir:
"Yəni, söhbət formadan deyil, mahiyyətdən gedir. Azərbaycan qonşusuna sülh əlini uzadır. Biz Zəngəzur dəhlizinin açılmasını tələb etməklə regionun iqtisadi inkişafında yeni mərhələnin başlayacağını bildiririk. Azərbaycan Cənubi Qafqazda və ümumiyyətlə bölgədə sabitliyin hökm sürməsi üçün bütün istiqamətlərdə fəaliyyətini davam etdirir. Təbii ki, qlobal güclərin bölgədə toqquşan maraqları bizi düşünülmüş və gələcəyə hesablanmış sürətli addımlar atmağa təşviq edir. Bu gün ölkəmizə əks mövqedə dayanan ölkələrin bölgəmizə yönəlmiş məkrli planları diqqətli olmağı tələb edir".
E.Nəsirov bildirib ki, Azərbaycn Prezidentinin siyasi iradəsi altında icra olunan xarici siyasət kursu bu gün ölkəmizi regionun və bəlkə də dünyanın ən etibarlı tərəfdaş dövlətinə çevirib.

"Azərbaycan qlobal layihələrin, iqtisadi inkişafın, sülhün və sabitliyin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan Prezidentinin fikirlərində daxili ictimai-siyasi mühit, eləcə də Ermənistan cəmiyyəti üçün vacib məqamlar yer almışdı. Bu gün Ermənistan cəmiyyətində revanşizmi körükləyənlərin isə erməni xalqı vecinə deyil", - deputat fikrini yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0