Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Başqırdıstan iş adamlarına tenderlərdə iştirak üçün imkan yarada bilərik - KOBİA sədri

© Sputnik / Murad OrudjevOrxan Məmmədov
Orxan Məmmədov - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Başqırdıstan Respublikasının baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazraxmanov deyib ki, Başqırdıstan özü istehsal etmədiyi məhsulları Azərbaycandan almaq və Azərbaycanın ehtiyacı olan məhsulları ixrac etmək istəyir.
BAKI, 24 aprel — Sputnik. "Biz işğaldan azad edilmiş ərazilərdə müxtəlif iqtisadi layihələr həyata keçiririk və Başqırdıstanın iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik". Bu sözləri Bakıda keçirilən Azərbaycan-Başqırdıstan Biznes Forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Başqırdıstan iş adamları Azərbaycanda fəaliyyət göstərən Rusiyanın ticarət nümayəndəliyi vasitəsilə əlaqə saxlayıb işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştirak edə bilərlər.

"Bizim agentlik iş adamlarına və şirkətlərə Azərbaycana sərmayə yatırmaq üçün təklif, tövsiyə və məsləhətlər verir, istiqamət göstərir. Azərbaycan qanunvericiliyi xarici iş adamlarına sərmayə yatırması üçün geniş imkanlar verir" - O.Məmmədov qeyd edib.

O.Məmmədov əlavə edib ki, KOBİA Rusiyanın subyektləri ilə geniş şəkildə qarşılıqlı faydalı əməkdaşlıq etməyə hazırdır:
"Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir"
Başqırdıstan Respublikasının baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazraxmanov deyib ki, Başqırdıstan iqtisadi baxımdan inkişafına və investisiya imkanına görə Rusiyanın subyektləri arasında 4-cü yeri tutur.
Agentlik sədri bildirib ki, Başqırdıstan kənd təsərrüfatı məhsullarının böyük istehsalı potensialına malikdir:

"Başqırdıstanda ildə 400 min tondan çox süd və süd məhsulları, 450 min ton ət və ət məhsulları, 1 milyon tona yaxın günəbaxan yağı, 12 min ton bal istehsal olunur".

Nazir bildirib ki, Başqırdıstan özü istehsal etmədiyi məhsulları Azərbaycandan almaq və Azərbaycanın ehtiyacı olan məhsulları ixrac etmək istəyir:
"Bunun üçün qarşılıqlı əlaqələrin genişləndirilməsi, iş adamlarının və biznes strukturlarının birgə layihələr üzərində işlərini təşkil etmək lazımdır. Başqırdıstan əhatəli dəmir yolu şəbəkəsinə malikdir. Hazırda geosiyasi vəziyyətin gərgin olması ilə əlaqədar biz Asiya bazarlarına çıxmaqda maraqlıyıq və Azərbaycan ərazisindən Hindistanla yanaşı digər ölkələrə məhsul ixrac edə bilərik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0