Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın bank sektoru necə dəyişib

Abunə olmaq
Azərbaycan banklarında yanvar-fevral aylarındakı problemli kreditlər 22,6% azalaraq 469,2 milyon manat təşkil edib. Bu vəziyyətlə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Cari ilin ilk iki ayının yekunlarına əsasən, Azərbaycanın bank sektoru kifayət qədər qibtə doğuran nəticələr nümayiş etdirib, bankların mənfəəti və aktivləri artıb, öhdəliklər və problemli kreditlər isə nəzərəçarpacaq dərəcədə azalıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının hesabatına görə, yanvar-fevral aylarında ölkənin bank sektorunun aktivləri 6,5% artaraq 48,7 milyard manat təşkil edib. Eyni zamanda, bankların xalis mənfəəti 35% artaraq 210 milyon manata çatıb.
Bundan əlavə, Azərbaycanın bank sektorunun öhdəlikləri 42,6 milyard manat təşkil edib ki, bunun da 2,1 milyard manatı xarici öhdəliklərdir.
Qeyd edək ki, göstərilən dövrdə banklarda problemli kreditlər 22,6% azalaraq 469,2 milyon manat təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0