https://sputnik.az/20240423/narkotik-artiq-umumtehsil-muessiselerine-daxil-olur---siyavus-novruzov-464115110.html
Narkotik artıq ümumtəhsil müəssisələrinə daxil olur - Siyavuş Novruzov
Narkotik artıq ümumtəhsil müəssisələrinə daxil olur - Siyavuş Novruzov
Sputnik Azərbaycan
Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib ki, bu gün ölkədə kifayət qədər narkotik istifadəçilərinin müalicəsi üçün... 23.04.2024, Sputnik Azərbaycan
2024-04-23T16:21+0400
2024-04-23T16:21+0400
2024-04-23T16:41+0400
siyavuş novruzov
cəmiyyət
milli məclis
iclas
iclas
deputat
deputat
narkotik
narkotik maddə
narkotik vasitələr
https://cdnn1.img.sputnik.az/img/41412/85/414128501_0:0:2001:1125_1920x0_80_0_0_59b4689b92f722b15a6cccacba440f98.jpg
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda narkotiklərə qarşı mübarizə sahəsində qanunvericiliyin sərtləşdirilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib. O bildirib ki, bu gün bütün cəmiyyəti və hər kəsi narahat edən məsələ narkotikdir: “Gün ərzində mətbuatı oxuyanda rastlaşırıq ki, 5 nəfərdən 50 nəfərə qədər insan narkotik ticarəti, daşınması ilə bağlı məsuliyyətə cəlb olunur. Bu rəqəmlər tək narkotik qəbulu ilə yox, onun ticarəti ilə əlaqəlidir. Gör, indi narkotik vasitələrdən istifadə edənlərin sayı nə qədərdir”. Onun sözlərinə görə, artıq narkotik maddələr ümumtəhsil müəssisələrinə daxil olur: "Bu gün ölkədə kifayət qədər narkotik istifadəçilərinin müalicəsi üçün dispanserlər yoxdur. Artıq vaxtı çatıb ki, xəstəxanalarla yanaşı bu cür dispanserlər də tikilib istifadəyə verilsin. Bu gün sərhəddə narkotiklə əlaqəli kimi tuturlarsa, hamısı onu İran vətəndaşından aldığını bildirir. Axı, kimdir həmin İran vətəndaşı? Kimdir bu ölkəni və insanlarını zəhərləyən?! Kimsə bu bəladan sığortalanmayıb. Bu bəla hər kəsin qapısını döyə bilər. Əlimizdən gələni etməliyik ki, milli mentalitetə zidd olan, uşaqlarımızın gələcəyini məhv edən sistemə son qoyaq”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41412/85/414128501_0:0:1707:1280_1920x0_80_0_0_780421d852876a18bac78325e78331ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, milli məclis, iclas, iclas, deputat, deputat, narkotik, narkotik maddə, narkotik vasitələr, məktəb
siyavuş novruzov, milli məclis, iclas, iclas, deputat, deputat, narkotik, narkotik maddə, narkotik vasitələr, məktəb
Narkotik artıq ümumtəhsil müəssisələrinə daxil olur - Siyavuş Novruzov
16:21 23.04.2024 (Yenilənib: 16:41 23.04.2024) Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib ki, bu gün ölkədə kifayət qədər narkotik istifadəçilərinin müalicəsi üçün dispanserlər yoxdur.
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda narkotiklərə qarşı mübarizə sahəsində qanunvericiliyin sərtləşdirilməsi təklif olunur.
Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.
O bildirib ki, bu gün bütün cəmiyyəti və hər kəsi narahat edən məsələ narkotikdir: “Gün ərzində mətbuatı oxuyanda rastlaşırıq ki, 5 nəfərdən 50 nəfərə qədər insan narkotik ticarəti, daşınması ilə bağlı məsuliyyətə cəlb olunur. Bu rəqəmlər tək narkotik qəbulu ilə yox, onun ticarəti ilə əlaqəlidir. Gör, indi narkotik vasitələrdən istifadə edənlərin sayı nə qədərdir”.
Onun sözlərinə görə, artıq narkotik maddələr ümumtəhsil müəssisələrinə daxil olur: "Bu gün ölkədə kifayət qədər narkotik istifadəçilərinin müalicəsi üçün dispanserlər yoxdur. Artıq vaxtı çatıb ki, xəstəxanalarla yanaşı bu cür dispanserlər də tikilib istifadəyə verilsin. Bu gün sərhəddə narkotiklə əlaqəli kimi tuturlarsa, hamısı onu İran vətəndaşından aldığını bildirir. Axı, kimdir həmin İran vətəndaşı? Kimdir bu ölkəni və insanlarını zəhərləyən?! Kimsə bu bəladan sığortalanmayıb. Bu bəla hər kəsin qapısını döyə bilər. Əlimizdən gələni etməliyik ki, milli mentalitetə zidd olan, uşaqlarımızın gələcəyini məhv edən sistemə son qoyaq”.