CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib

© iStock.com / fergregoryMəhkəmə çəkici, arxiv
Məhkəmə çəkici, arxiv - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
Qərara əsasən, onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
BAKI, 23 aprel — Sputnik. "Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər lenti
0