SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan tərəfindən saxta hesablarla nifrət nitqi yayılırdı - Elnur Məmmədov

© Photo : MFA AzerbaijanElnur Məmmədov
Elnur Məmmədov - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
Ermənistanın rəsmi nümayəndəsi dinləmələr zamanı bildirib ki, guya Azərbaycan Ermənistanın irqi cinayətləri ilə bağlı heç bir video sübut təqdim edə bilməz.
BAKI, 23 aprel — Sputnik. Ermənistan sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərə məxsus olduğu iddia edilən saxta hesablar yaradıb. Onların vasitəsilə nifrət nitqi yayılırdı.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) "Azərbaycan Ermənistana qarşı" işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.
"2021-ci ildə "Twitter" Ermənistan hökumətinə bağlı olan, azərbaycanlılara qarşı nifrət nitqi yayan və ya saxta hesablar olan, həmçinin guya azərbaycanlı istifadəçilərə məxsus olan və ermənilərə qarşı nifrət ifadə edən 30-dan çox hesab müəyyən edib" - o qeyd edib.
E.Məmmədovun sözlərinə görə, Ermənistanın rəsmi nümayəndəsi dinləmələr zamanı bildirib ki, guya Azərbaycan Ermənistanın irqi cinayətləri ilə bağlı heç bir video sübut təqdim edə bilməz:
"Bu, yenə açıq-aşkar yalandır. Ermənistan nümayəndəsinin iddiasının əksinə olaraq, təkcə Azərbaycanın iddiasına azərbaycanlılara qarşı törədilmiş dəhşətli vəhşilikləri əks etdirən nə az, nə çox, 17 video əlavə edilib. Buna görə də Azərbaycanın Ermənistana qarşı iddiası birmənalı olaraq mahiyyəti üzrə konvensiyanın yurisdiksiyasına aiddir".
Xatırladaq ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr ötən həftə başa çatıb.
Xəbər lenti
0