DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydenin prezidentlik müddəti bitməmiş Rusiya qələbə çala bilər

© AP Photo / Andrew HarnikCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
Pentaqon ABŞ-ın Ukraynadakı səfirliyinə əlavə hərbi məsləhətçilərin göndərilməsini nəzərdən keçirir.
BAKI, 23 aprel — Sputnik. Rusiya bu il Ukrayna münaqişəsində qalib gələ bilər.
Bu barədə Atlantik Şurasının nəzdində Skoukroft Strategiya və Təhlükəsizlik Mərkəzinin təşəbbüsünün rəhbəri (bu fəaliyyət Rusiya Federasiyasında arzuolunmaz hesab olunur-red.) Endryu Miçt "Politico üçün yazdığı məqalədə bildirib.
"Müəyyən yerlərdə vəziyyətin pisləşməsi ilə Rusiyanın Ukraynadakı qələbəsi çoxlarının proqnozlaşdırdığından daha tez, bəlkə də ABŞ Prezidenti Co Baydenin prezidentlik müddəti bitməmişdən əvvəl baş verə bilər" - müəllif qeyd edib.
Onun sözlərinə görə, Qərb ölkələri "strateji yuxu" vəziyyətində olduqları üçün çox vaxt itiriblər. Yalnız bu yaxınlarda Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə (USQ) mərmi tədarükünü artırmağa başlayıb. Eyni zamanda Vaşinqtonun Kiyevə ayırdığı yardım da gecikə bilər.
Bu yaxınlarda nəşr qeyd edib ki, Pentaqon ABŞ-ın Ukraynadakı səfirliyinə əlavə hərbi məsləhətçilərin göndərilməsini nəzərdən keçirir. Amerikalı mütəxəssislər Ukrayna hökumətinə və ordusuna məsləhət və dəstək verəcəklər. Pentaqon vurğulayıb ki, məsləhətçilərin səlahiyyətlərinə hərbi vəzifələri yerinə yetirmək daxil deyil.
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbəri ilin sonuna qədər Ukraynanın tam məğlub olacağı fikrini də söyləyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0