Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılır

© Sputnik / Murad OrujovAzərbaycan və Türkiyə bayraqları
Azərbaycan və Türkiyə bayraqları - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
Mirkişili bildirib ki, Azərbaycan və Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması Türkiyənin Azərbaycana investisiyalarının artmasına, iki ölkənin sahibkarlarının biznes fəaliyyəti üçün əlverişli mühitin formalaşmasına şərait yaradacaq.
BAKI, 23 aprel — Sputnik. Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan və Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması Türkiyənin Azərbaycana investisiyalarının artmasına, iki ölkənin sahibkarlarının biznes fəaliyyəti üçün əlverişli mühitin formalaşmasına şərait yaradacaq.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı Türkiyədə gəlir vergisinə cəlb edilsə, onun ölkəmizdə ödəyəcəyi vergi həmin məbləğdə azaldılacaq.
"Azərbaycanla Türkiyə arasında münasibətlər sürətlə inkişaf edir. Ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 31% artaraq 7,65 milyard ABŞ dollarına çatıb. Hazırda Türkiyədə 2,8 min Azərbaycan şirkəti, Azərbaycanda isə 5 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir", T.Mirkişili əlavə edib.
Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” bu ilin fevral ayında Ankara şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Xəbər lenti
0