https://sputnik.az/20240423/azerbaycanda-yumurtanin-keskin-ucuzlasmasinin-sebebi-belli-oldu-464088281.html
Azərbaycanda yumurtanın kəskin ucuzlaşmasının səbəbi bəlli oldu
Azərbaycanda yumurtanın kəskin ucuzlaşmasının səbəbi bəlli oldu
Sputnik Azərbaycan
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri bildirib ki, 2024-cü ilin ilk 3 ayında Azərbaycandan Rusiyaya 110 milyon ədəddən çox... 23.04.2024, Sputnik Azərbaycan
2024-04-23T10:02+0400
2024-04-23T10:02+0400
2024-04-23T10:59+0400
yumurta
iqtisadiyyat
rusiya
"rosselxoznadzor"
dövlət statistika komitəsi
statistika
aqta
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772544_0:363:2993:2047_1920x0_80_0_0_1a40509a02b517116b293c11ed1bb272.jpg
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda toyuq yumurtasının qiyməti kəskin ucuzlaşıb. Hazırda pərakəndə satışda 1 ədəd toyuq yumurtasının qiyməti 8-10 qəpikdir. Bundan öncə isə 1 ədəd yumurta 15-17 qəpiyə satılırdı. Bəs, kəskin ucuzlaşmanın səbəbi nədir? Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, hazırda yumurtanın ucuzlaşmasının bir neçə səbəbi var: "Birinci səbəb yaz aylarında kənd toyuqlarının daha çox yumurta verməsidir. Nəticədə məhsul bolluğu yaranır. İkinci səbəb istehlakın azalmasıdır. Havaların istiləşməsi ilə bağlı yumurtaya tələbat azalıb. Qış aylarında ölkədə gündəlik yumurta tələbatı 4-4,2 milyon ədəd idisə, hazırda gündəlik yumurta tələbatı 3-3,2 milyon ədədə düşüb. İstehsalçıların əlində artıq məhsul qaldıqca böyük rəqabət yaranır və nəticədə qiymət ucuzlaşır. Avqust-sentyabr aylarında isə qiymətlər formalaşıb yenidən öz əvvəlki vəziyyətinə qayıdacaq". M.Həsənli onu da əlavə edib ki, 2024-cü ilin ilk 3 ayında Azərbaycandan Rusiyaya 110 milyon ədəddən çox yumurta ixrac edilib. Azərbaycanda yumurta istehsalı artır Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 571,7 milyon ədəd yumurta istehsal olunub. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə yumurta istehsalı 5,2 faiz artıb. Komitənin məlumatına əsasən, fevral ayından başlayaraq toyuq yumurtasının qiymətində nisbətən ucuzlaşma müşahidə edilir. Dekabrdan Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanıb Xatırladaq ki, Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar keçən ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə göndərilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772544_181:0:2910:2047_1920x0_80_0_0_e5af06cb20a68c6bfa04445162780dc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yumurta, rusiya, "rosselxoznadzor", dövlət statistika komitəsi, statistika, aqta, qida təhlükəsizliyi agentliyi
yumurta, rusiya, "rosselxoznadzor", dövlət statistika komitəsi, statistika, aqta, qida təhlükəsizliyi agentliyi
Azərbaycanda yumurtanın kəskin ucuzlaşmasının səbəbi bəlli oldu
10:02 23.04.2024 (Yenilənib: 10:59 23.04.2024) Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri bildirib ki, 2024-cü ilin ilk 3 ayında Azərbaycandan Rusiyaya 110 milyon ədəddən çox yumurta ixrac edilib.
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda toyuq yumurtasının qiyməti kəskin ucuzlaşıb. Hazırda pərakəndə satışda 1 ədəd toyuq yumurtasının qiyməti 8-10 qəpikdir. Bundan öncə isə 1 ədəd yumurta 15-17 qəpiyə satılırdı.
Bəs, kəskin ucuzlaşmanın səbəbi nədir?
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, hazırda yumurtanın ucuzlaşmasının bir neçə səbəbi var: "Birinci səbəb yaz aylarında kənd toyuqlarının daha çox yumurta verməsidir. Nəticədə məhsul bolluğu yaranır. İkinci səbəb istehlakın azalmasıdır. Havaların istiləşməsi ilə bağlı yumurtaya tələbat azalıb. Qış aylarında ölkədə gündəlik yumurta tələbatı 4-4,2 milyon ədəd idisə, hazırda gündəlik yumurta tələbatı 3-3,2 milyon ədədə düşüb. İstehsalçıların əlində artıq məhsul qaldıqca böyük rəqabət yaranır və nəticədə qiymət ucuzlaşır. Avqust-sentyabr aylarında isə qiymətlər formalaşıb yenidən öz əvvəlki vəziyyətinə qayıdacaq".
M.Həsənli onu da əlavə edib ki, 2024-cü ilin ilk 3 ayında Azərbaycandan Rusiyaya 110 milyon ədəddən çox yumurta ixrac edilib.
Azərbaycanda yumurta istehsalı artır
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 571,7 milyon ədəd yumurta istehsal olunub. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə yumurta istehsalı 5,2 faiz artıb. Komitənin məlumatına əsasən, fevral ayından başlayaraq toyuq yumurtasının qiymətində nisbətən ucuzlaşma müşahidə edilir.
Dekabrdan Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanıb
Xatırladaq ki, Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar keçən ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.