Tarixdə bu gün - 22 aprel - FOTO
08:37 22.04.2024 (Yenilənib: 10:18 22.04.2024)
© Sputnik / Elnur Salayev22 aprel
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə baş vermiş hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 22-də kimlər dünyaya gəlib?
Həsən Əbluc (1942-1994) – Azərbaycanın əməkdar artisti, aktyor, rejissor. “Pəncərə”, “Yalnız sən”, “Dantenin yubileyi” və s. filmlərdə rol alıb.
© Photo : PUBLIC DOMAINHəsən Əbluc
Həsən Əbluc
© Photo : PUBLIC DOMAIN
Allahverdi Bağırov (1946-1992) - Azərbaycanın Milli Qəhrəmanı, hərbçi, Ağdamın "Qarabağ" futbol klubunun keçmiş oyunçusu və baş məşqçisi.
© Photo : Public DomenAllahverdi Bağırov
Allahverdi Bağırov
© Photo : Public Domen
Vladimir Lenin (1870-1924) - inqilabçı, sovet siyasətçisi, bolşevik partiyasının və SSRİ-nin yaradıcısı.
© SputnikVladimir Leninin heykəli
Vladimir Leninin heykəli
© Sputnik
Vladimir Nabokov (1899-1977) – rus və amerikalı yazıçı, tərcüməçi. Sonralar yenidən nəşr olunan və bir neçə dəfə lentə alınan "Lolita" romanının nəşrindən sonra şöhrət qazandı. "Maşenka", "Lujinin müdafiəsi", "Edama dəvət", "Hədiyyə" əsərlərinin müəllifi.
© SputnikVladimir Nabokov
Vladimir Nabokov
© Sputnik
Cek Nikolson (1937) - amerikalı aktyor, kinorejissor. Kino tarixinin ən böyük aktyorlarından biri hesab olunur. Bir çox mükafatların sahibi - Oscar, BAFTA, Qızıl Qlobus. - Cefri Din (1966) yaddaqalan obrazı - "Gəzən Ölülər" serialındakı antaqonist Neqan sayəsində geniş tanınmış amerikalı aktyordur. O, həmçinin “Gözətçilər”, “Lənət qutusu”, “Qurtuluş” və “Batman Supermenə qarşı: Ədalət Şəfəqi” filmlərində rol alıb.
© AFP 2024 / TORU YAMANAKACek Nikolson
Cek Nikolson
© AFP 2024 / TORU YAMANAKA
Amber Herd (1986) - ABŞ aktrisası. O, "Ölümcül Seksuallıq", "Hesablaşmanın Qiyməti", "Burada və İndi", "Şimal ölkəsi" filmlərində rol alıb.
Aprelin 22-də tarixə düşən hadisələr
1370-ci ildə Fransa kralı V Karlın əmri ilə Parisi ingilislərin hücumlarından qorumalı olan Bastiliya qalasının təməlinə ilk daş qoyuldu.
© SputnikDövlət Ermitajının kolleksiyasından rus rəssamı İvan Ereminin hadisələrin iştirakçısı olan rəsmlərindən Janot-sonun “14 iyul 1789-cu ildə Bastiliyanın alınması” qravürasının reproduksiyası.
Dövlət Ermitajının kolleksiyasından rus rəssamı İvan Ereminin hadisələrin iştirakçısı olan rəsmlərindən Janot-sonun “14 iyul 1789-cu ildə Bastiliyanın alınması” qravürasının reproduksiyası.
© Sputnik
1793-cü ildə Corc Vaşinqton İnqilabçı Fransaya qarşı Avropa Müharibəsində ABŞ-ın neytrallığı haqqında Bəyannamə qəbul edib.
© Sputnik / В. БарановскийAmerika dövlət xadiminin portreti, Amerika Birləşmiş Ştatlarının ilk xalq tərəfindən seçilmiş prezidenti (1789-1797), ABŞ-ın qurucu atalarından biri, Kontinental Ordunun baş komandanı, Qurtuluş Müharibəsi iştirakçısı, Corc Vaşinqton. "Krugozor" jurnalından illüstrasiya. 1876
Amerika dövlət xadiminin portreti, Amerika Birləşmiş Ştatlarının ilk xalq tərəfindən seçilmiş prezidenti (1789-1797), ABŞ-ın qurucu atalarından biri, Kontinental Ordunun baş komandanı, Qurtuluş Müharibəsi iştirakçısı, Corc Vaşinqton. "Krugozor" jurnalından illüstrasiya. 1876
© Sputnik / В. Барановский
1969-cu ildə ABŞ-ın Hyuston şəhərində ilk insan gözü transplantasiyası həyata keçirilib.
2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi.
© Official website of President of Azerbaijan RepublicDünya Azərbaycanlılarının Qurultayı, arxiv
Dünya Azərbaycanlılarının Qurultayı, arxiv
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.