https://sputnik.az/20240422/rana-mexsus-qayiq-azerbaycan-serhedini-pozub---saxlanilanlar-var-464092170.html
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - saxlanılanlar var
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - saxlanılanlar var
Sputnik Azərbaycan
Sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb. 22.04.2024, Sputnik Azərbaycan
2024-04-22T17:05+0400
2024-04-22T17:05+0400
2024-04-22T17:05+0400
iran
cəmiyyət
qayıq
sualtı qayıq
yelkənli qayıq
xəzər
xəzər dənizi
dövlət sərhəd xidməti
marixuana
https://cdnn1.img.sputnik.az/img/07e8/04/16/464092002_15:0:1295:720_1920x0_80_0_0_f6e46bee429e750318f2421aec8dd9dd.jpg
BAKI, 22 aprel — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizində Azərbaycanın dəniz sərhədini pozan İrana məxsus qayığı saxlayıb. Bu barədə DSX-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb. Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/16/464092002_175:0:1135:720_1920x0_80_0_0_e16f3e67390df6646ed7ebd4416da1ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, qayıq, sualtı qayıq, yelkənli qayıq, xəzər, xəzər dənizi, dövlət sərhəd xidməti, marixuana
iran, qayıq, sualtı qayıq, yelkənli qayıq, xəzər, xəzər dənizi, dövlət sərhəd xidməti, marixuana
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - saxlanılanlar var
Sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.
BAKI, 22 aprel — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizində Azərbaycanın dəniz sərhədini pozan İrana məxsus qayığı saxlayıb.
Bu barədə DSX-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.