CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

© Photo : social media page of Qubad İbadogluQubad İbadoğlu
Qubad İbadoğlu - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Yaxın günlərdə Qubad İbadoğlunun məhkəməsinin başlanacağı gözlənilir.
BAKI, 22 aprel - Sputnik. Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. Bu barədə "Report"a onun vəkili Bəhruz Bayramov məlumat verib.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu, siyasətçi və iqtisad elmləri doktoru Q.İbadoğluya ötən həftə Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir.
Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.
08.08.23, 11:40
Qubad İbadoğlunun işinə görə Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib
Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.
Məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər.
Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunub və istintaqa təhvil verilib.
Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Xəbər lenti
0