Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir

© SputnikПутин и Алиев встречаются в Москве с ветеранами-строителями Байкало-Амурской магистрали
Путин и Алиев встречаются в Москве с ветеранами-строителями Байкало-Амурской магистрали - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Rusiya dövlət başçısı deyib ki, Heydər Əliyev bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi.
BAKI, 22 aprel — Sputnik. Baykal-Amur magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur.
Bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.
Dünya tarixində bu layihənin bənzərinin olmadığını vurğulayan dövlət başçısı bildirib ki, BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir.
***
İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.
Bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir. Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir" - o bildirib.
Rusiya dövlət başçısı deyib ki, Heydər Əliyev Baykal-Amur magistral xəttinin (BAM) inşasında mühüm rol oynayıb.
"O, (Heydər Əliyev – red.) bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi" - Putin vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hələ də BAM-ı inkişaf etdirir: "Atanızın layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər, illər bu gün də mühüm rol oynayır".
Azərbaycan lideri İlham Əliyev də öz növbəsində Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirdiyini deyib.
“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir” - deyə dövlət başçısı bildirib.
Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи на полях VI саммита Совещания по взаимодействию и мерам доверия в Азии (СВМДА) во Дворце Независимости в Астане - Sputnik Azərbaycan, 1920, 22.04.2024
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev: Ölkələrimiz arasında əməkdaşlıqdan çox şey asılıdır
Xəbər lenti
0