Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Məcburi köçkünlərin geri qayıdışı üçün məlumatlandırılmasına nə qədər vəsait ayrılıb?

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan bildirilib ki, "ADMEDİA.AZ" MMC tenderin qalibi seçilib.
BAKI, 22 aprel — Sputnik. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) məcburi köçkünlərin geri qayıdışla bağlı məlumatlandırılmasına 1,23 milyon manat vəsait ayırıb.
Sputnik Azərbaycan xəbər verir ki, Fond Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması adı ilə tender keçirib. "ADMEDİA.AZ" MMC tenderin qalibi seçilib. Bir illik müqavilənin dəyəri 1 milyon 229.943 min manat təşkil edib.
Qeyd edək ki, MKSİF 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.
Xəbər lenti
0