DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əvvəl dalaşmaq, sonra görüşmək: İran prezidenti Pakistana gedib

© AP Photo / Vahid Salemiİran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Ayətullah Seyid İbrahim Rəisi bu gün 1403-cü ildə ilk xarici səfərində Pakistan prezidenti Asif Əli Zərdarinin ilk yüksək rütbəli qonağıdır.
BAKI, 22 aprel — Sputnik. İran prezidenti İbrahim Rəisi yeni İran təqvim ilində ilk xarici səfərini Pakistana üçgünlük edib. IRNA xəbər verir ki, İran prezidenti üçgünlük rəsmi səfər çərçivəsində İslamabada gəlib
"Ölkəmizin prezidenti Ayətullah Seyid İbrahim Rəisi bu gün 1403-cü ildə (Hicri-şəmsi təqvimi - red.) ilk xarici səfərində Pakistan prezidenti Asif Əli Zərdarinin ilk yüksək rütbəli qonağıdır" - agentliyin açıqlamasında deyilir.
Agentlik qeyd edir ki, səfərin məqsədi iki ölkə arasında ticarət-iqtisadi əməliyyatların həcmini 10 milyard dollara çatdırmaq, həmçinin regional və qeyri-regional əməkdaşlığı inkişaf etdirməkdir.
Bir gün əvvəl Pakistan Xarici İşlər Nazirliyi İran prezidenti İbrahim Rəisinin aprelin 22-dən 24-dək Pakistana rəsmi səfər edəcəyini açıqlamışdı. Rəisini xanımı və xarici işlər naziri, yüksək vəzifəli şəxslər və biznes nümayəndələrindən ibarət yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir.
Aprelin ortalarında İran prezidenti İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı zamanı deyib ki, İran və Pakistan terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməli və hegemon ölkələrin onlar arasında çəkişmə cəhdlərinə müqavimət göstərməlidir. Rəisi Pakistan və İranın mədəniyyət, ticarət və enerji kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlara malik olduğunu qeyd edib və tərəflərin mövcud potensialın reallaşdırılması üçün əməli addımlar atacaqlarına ümid etdiyini bildirib.
Yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) bildirib ki, Pakistanda yerləşən Ceyş əl-Ədl terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum edib. Pakistan İranın hücumunu qətiyyətlə pisləyib və öz səfirini Tehrandan geri çağırıb, İran səfirinin də hələlik İslamabaddakı diplomatik missiyasını davam etdirə bilməyəcəyini bildirib.
Yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: "Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki sarmaçarlar adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Bu gün həyata keçirilən əməliyyatın əsasında sarmaçarların genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır".
Xəbər lenti
0