https://sputnik.az/20240422/ermenistanin-ktmt-den-cixmasi-huquqi-cehetden-resmilesdire-biler---abramyan-463010672.html
Paşinyanın qərarı ölkəsinin KTMT barədə suveren seçimini əks etdirəcək - Tasmaqambetov
Paşinyanın qərarı ölkəsinin KTMT barədə suveren seçimini əks etdirəcək - Tasmaqambetov
Sputnik Azərbaycan
Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri dəfələrlə buraxıb. 22.04.2024, Sputnik Azərbaycan
2024-04-22T13:45+0400
2024-04-22T13:45+0400
2024-04-22T13:57+0400
ktmt
dünya xəbərləri
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
rusiya
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:3111:1750_1920x0_80_0_0_c51905fb38b3a765d6dea7a63de292ad.jpg
BAKI, 22 aprel — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü ildə keçiriləcək sammitində iştirak edib-etməmək qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək. Bunu TASS-a KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib."Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı və ya iştirak etməməsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ vaxt var, bu aylarda çox şey dəyişə bilər. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq" - təşkilatların baş katibi qeyd edib. Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri dəfələrlə buraxıb. O cümlədən, Paşinyan 2023-cü ildə Minskdə keçirilən KTMT sammitində iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dondurduğunu bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın özü hələ KTMT-nin ölkədəki məsuliyyət zonasını müəyyən edə bilməyib. 16.04.24, 22:13Ermənistan KTMT-də fəaliyyət dairəsini xeyli azaldıb - TasmaqambetovErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi fəaliyyət dairəsini xeyli azaldıb. Bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov "NEWS.ru" saytına müsahibəsində deyib."Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı "dondurulma" anlayışı təşkilatın sənədlərində öz əksini tapmayıb, ona görə də mövcud vəziyyətlə bağlı bundan istifadə etməyəcəyik. İrəvan həqiqətən də təşkilatın üzvü kimi fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə azaldıb, lakin buna baxmayaraq, üzvlüyünü davam etdirir. Katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə olunur. Bu məsələyə aydınlıq gətirilməsi, ilk növbədə, düzgün planlaşdırma üçün təşkilatın bütün iştirakçıları üçün faydalı olardı" - o, bildirib. İ.Tasmaqambetov əlavə edib ki, analitiklər Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək meylini qeyd edirlər: "Aydındır ki, belə risklər mövcuddur. Ona görə də region ölkələrinin siyasi rəhbərliyinin üzərinə, ilk növbədə, öz xalqları qarşısında böyük məsuliyyət düşür. KTMT Katibliyi də öz növbəsində dəfələrlə bildirildiyi kimi, təşkilatın məqsədlərinə, imzalanmış sənədlərə və səsləndirdiyi təşəbbüslərə uyğun olaraq regionda təhlükəsizliyin təmin edilməsi üçün problemləri həll etməyə həmişə hazırdır".12.03.24, 10:50KTMT erməni elitasının fikirlərindən narahatdırKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) erməni elitasının bəzi nümayəndələrinin mövqeyindən qaynaqlanan müəyyən narahatlıqlara baxmayaraq, Ermənistanın siyasi rəhbərliyinin ağlabatan yanaşmasına ümid edirlər. Bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib."Gizlətməyəcəyəm ki, Ermənistan elitasında müəyyən hadisələr narahatlıq doğurur. Lakin biz Ermənistanın siyasi rəhbərliyinin siyasi sayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. Vurğulamaq istərdim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədə qalır" - baş katib deyib. "Bütövlükdə qurumun fəaliyyətindən danışsaq, deyə bilərik ki, KTMT ənənəvi olaraq "sülhməramlı trek"ə xüsusi diqqət yetirir. Xatırladım ki, KTMT-nin sülhməramlı qüvvələri 2022-ci ilin yanvarında Qazaxıstanda vəziyyətin sabitləşməsində özünü uğurla nümayiş etdirib. Bununla belə, KTMT sülhməramlı təşəbbüslərdə iştirakını təşkilatın məsuliyyət zonasından kənarda genişləndirməyi hədəfləyir" - Tasmaqambetov vurğulayıb. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2021 və 2022-ci illərdə baş verən hadisələr zamanı Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini bəyan edib. Fevralın 28-də parlament qarşısında çıxış edən Nikol Paşinyan vurğulayıb ki, Ermənistanın təşkilatda iştirakı de-fakto dondurulub. 04.03.24, 15:53Ermənistanın KTMT-dən çıxması hüquqi cəhətdən rəsmiləşdirə bilər - AbramyanErmənistan rəhbərliyi bundan sonra ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər. Bu barədə Ermənistan Milli Assambleyasının (parlament) deputatı, KTMT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan Rusiyanın "İzvestiya" qəzetinə söyləyib. "Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan bəklənən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın KTMT-ni tərk etməsinə gətirib çıxara biləcək addımlar atmamalıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi addımlarının davamı olaraq nəinki, açıq şəkildə bəyan edildiyi kimi, təşkilatdan çıxa, ümumiyyətlə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər" – siyasətçi gileylənib. Eyni zamanda, Abramyan vurğulayıb ki, İrəvanın Aİ və ya ayrı-ayrılıqda hər hansı bir Avropa ölkəsi ilə münasibətlərinin mümkün dərinləşməsi, heç bir halda, Moskva ilə münasibətlərə xələl gətirə biləcək şəkildə baş verməməlidir. Onun sözlərinə görə, Ermənistan və Rusiyanın iştirakı ilə KTMT, MDB və Aİİ kimi çoxtərəfli formatlar dondurulmamalı və dayandırılmamalıdır, əksinə, onların çərçivəsində qarşılıqlı əlaqəni daha çevik və verimli etmək üçün transformasiya oluna bilər. Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb. Qeyd edək ki, "Şərəfim var" fraksiyası parlamentdə 107 mandatdan cəmi yeddisinə sahibdir. Siyasi birliyin qurucusu keçmiş prezident Serj Sarqsyan, lideri isə Artur Vanesyandır. Fraksiya digər müxalif partiyalar kimi rusiyayönümlülük və avroskeptisizmlə fərqlənir. Son parlament seçkilərində Ermənistan seçicilərinin yalnız 66 mini "Şərəfim var"a etibar edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:2731:2048_1920x0_80_0_0_ad1c2c9185b87ba8376b69c4684c6a7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, rusiya, ermənistan
ktmt, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, rusiya, ermənistan
Paşinyanın qərarı ölkəsinin KTMT barədə suveren seçimini əks etdirəcək - Tasmaqambetov
13:45 22.04.2024 (Yenilənib: 13:57 22.04.2024) Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri dəfələrlə buraxıb.
BAKI, 22 aprel — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü ildə keçiriləcək sammitində iştirak edib-etməmək qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək. Bunu TASS-a KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
"Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı və ya iştirak etməməsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ vaxt var, bu aylarda çox şey dəyişə bilər. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq" - təşkilatların baş katibi qeyd edib.
Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri dəfələrlə buraxıb. O cümlədən, Paşinyan 2023-cü ildə Minskdə keçirilən KTMT sammitində iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dondurduğunu bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın özü hələ KTMT-nin ölkədəki məsuliyyət zonasını müəyyən edə bilməyib.
Ermənistan KTMT-də fəaliyyət dairəsini xeyli azaldıb - Tasmaqambetov
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi fəaliyyət dairəsini xeyli azaldıb. Bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov "NEWS.ru" saytına müsahibəsində deyib.
"Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı "dondurulma" anlayışı təşkilatın sənədlərində öz əksini tapmayıb, ona görə də mövcud vəziyyətlə bağlı bundan istifadə etməyəcəyik. İrəvan həqiqətən də təşkilatın üzvü kimi fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə azaldıb, lakin buna baxmayaraq, üzvlüyünü davam etdirir. Katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə olunur. Bu məsələyə aydınlıq gətirilməsi, ilk növbədə, düzgün planlaşdırma üçün təşkilatın bütün iştirakçıları üçün faydalı olardı" - o, bildirib.
İ.Tasmaqambetov əlavə edib ki, analitiklər Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək meylini qeyd edirlər:
"Aydındır ki, belə risklər mövcuddur. Ona görə də region ölkələrinin siyasi rəhbərliyinin üzərinə, ilk növbədə, öz xalqları qarşısında böyük məsuliyyət düşür. KTMT Katibliyi də öz növbəsində dəfələrlə bildirildiyi kimi, təşkilatın məqsədlərinə, imzalanmış sənədlərə və səsləndirdiyi təşəbbüslərə uyğun olaraq regionda təhlükəsizliyin təmin edilməsi üçün problemləri həll etməyə həmişə hazırdır".
KTMT erməni elitasının fikirlərindən narahatdır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) erməni elitasının bəzi nümayəndələrinin mövqeyindən qaynaqlanan müəyyən narahatlıqlara baxmayaraq, Ermənistanın siyasi rəhbərliyinin ağlabatan yanaşmasına ümid edirlər.
Bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
"Gizlətməyəcəyəm ki, Ermənistan elitasında müəyyən hadisələr narahatlıq doğurur. Lakin biz Ermənistanın siyasi rəhbərliyinin siyasi sayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. Vurğulamaq istərdim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədə qalır" - baş katib deyib.
"Bütövlükdə qurumun fəaliyyətindən danışsaq, deyə bilərik ki, KTMT ənənəvi olaraq "sülhməramlı trek"ə xüsusi diqqət yetirir. Xatırladım ki, KTMT-nin sülhməramlı qüvvələri 2022-ci ilin yanvarında Qazaxıstanda vəziyyətin sabitləşməsində özünü uğurla nümayiş etdirib. Bununla belə, KTMT sülhməramlı təşəbbüslərdə iştirakını təşkilatın məsuliyyət zonasından kənarda genişləndirməyi hədəfləyir" - Tasmaqambetov vurğulayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2021 və 2022-ci illərdə baş verən hadisələr zamanı Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini bəyan edib. Fevralın 28-də parlament qarşısında çıxış edən Nikol Paşinyan vurğulayıb ki, Ermənistanın təşkilatda iştirakı de-fakto dondurulub.
Ermənistanın KTMT-dən çıxması hüquqi cəhətdən rəsmiləşdirə bilər - Abramyan
Ermənistan rəhbərliyi bundan sonra ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər.
Bu barədə Ermənistan Milli Assambleyasının (parlament) deputatı, KTMT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan Rusiyanın "İzvestiya" qəzetinə söyləyib.
"Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan bəklənən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın KTMT-ni tərk etməsinə gətirib çıxara biləcək addımlar atmamalıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi addımlarının davamı olaraq nəinki, açıq şəkildə bəyan edildiyi kimi, təşkilatdan çıxa, ümumiyyətlə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər" – siyasətçi gileylənib.
Eyni zamanda, Abramyan vurğulayıb ki, İrəvanın Aİ və ya ayrı-ayrılıqda hər hansı bir Avropa ölkəsi ilə münasibətlərinin mümkün dərinləşməsi, heç bir halda, Moskva ilə münasibətlərə xələl gətirə biləcək şəkildə baş verməməlidir. Onun sözlərinə görə, Ermənistan və Rusiyanın iştirakı ilə KTMT, MDB və Aİİ kimi çoxtərəfli formatlar dondurulmamalı və dayandırılmamalıdır, əksinə, onların çərçivəsində qarşılıqlı əlaqəni daha çevik və verimli etmək üçün transformasiya oluna bilər.
Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb.
Qeyd edək ki, "Şərəfim var" fraksiyası parlamentdə 107 mandatdan cəmi yeddisinə sahibdir. Siyasi birliyin qurucusu keçmiş prezident Serj Sarqsyan, lideri isə Artur Vanesyandır. Fraksiya digər müxalif partiyalar kimi rusiyayönümlülük və avroskeptisizmlə fərqlənir. Son parlament seçkilərində Ermənistan seçicilərinin yalnız 66 mini "Şərəfim var"a etibar edib.