CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava belə olacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıda buludlu hava, arxiv
Bakıda buludlu hava, arxiv - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti rayonlarda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağını proqnozlaşdırır.
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Səhər bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 22-27° isti, dağlarda 10-15° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0