DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada Çinə casusluqda şübhəli bilinən üç nəfər saxlanılıb

© AP Photo / Martin MeissnerAlmaniya polisi
Almaniya polisi - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
İlk mərhələdə casusluğun məqsədi çinli tərəfdaş üçün hərbi gəmilərdə istifadə olunan dəniz mühərriklərinin hazırlanması ilə bağlı araşdırma hazırlamaq olub.
BAKI, 22 aprel — Sputnik. Almaniyada üç şəxs ikili təyinatlı texniki yeniliklər haqqında məlumatı Çin kəşfiyyat orqanlarına ötürmək məqsədilə Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. Bu Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Şübhəlilər qeyri-müəyyən bir vaxtdan 2022-ci ilin iyun ayına qədər Çin kəşfiyyatı üçün işləməkdə şübhəli bilinirlər. Şübhəlilər aprelin 22-də saxlanılıblar. Saxlanılanlardan ikisi ər-arvaddır
Evli cütlük hərbi və texnoloji yeniliklər haqqında məlumat əldə etməkdə şübhəli bilinir. Bu məqsədlər üçün onlar yerli universitetlə müqavilə əsasında ÇXR kəşfiyyat xidmətləri tərəfindən dəstəklənən Çin tərəfdaşının elmi fəaliyyətinə kömək edən bir şirkət yaradıblar.
İlk mərhələdə casusluğun məqsədi çinli tərəfdaş üçün hərbi gəmilərdə istifadə olunan dəniz mühərriklərinin hazırlanması ilə bağlı araşdırma hazırlamaq olub.
Ötən həftə Almaniya Baş Prokurorluğu Rusiya Federasiyasının xeyrinə casusluq etməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını təsdiqləyib. Departament daha sonra məlumat verib ki, saxlanılanlardan biri Aleksandr J. Almaniya və Rusiya vətəndaşlığına malikdir və onun həbsinə dair order icra olunub.
Xəbər lenti
0