DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın Ukraynaya yardımı Rusiya qoşunlarının irəliləməsini dayandırmayacaq

© Sputnik / Mediabanka keçidRusiya hərbçiləri
Rusiya hərbçiləri - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Ukrayna əsgərləri etiraf edirlər ki, müdafiə xəttini çətin ki, saxlaya bilsinlər.
BAKI, 22 aprel — Sputnik. ABŞ-ın 61 milyard dollarlıq yeni yardım paketi Ukraynanın acınacaqlı vəziyyətini düzəltməyəcək.
Bu barədə Rusiya mediası "Financial Times" qəzetinə istinadən xəbər verib.
"Silah axını, xüsusən də hava hücumundan müdafiə sistemləri üçün ehtiyac duyulan artilleriya mərmiləri və sursat axını Rusiya ordusunun irəliləməsini yavaşlatmağa kömək edəcək, lakin onu dayandırmayacaq" - yüksək rütbəli ukraynalı məmurlardan biri qəzetə bildirib.
Eyni zamanda, nəşrin məlumatına görə, ön cəbhədə olan Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsgərləri Rusiya qoşunlarının onları aramsız atəşə tutmasına cavab verəcək heç bir şeylərinin olmadığından şikayətlənirlər. Ukrayna hərbçiləri etiraf edirlər ki, müdafiə xəttini çətin ki, saxlaya bilsinlər.
ABŞ konqresmenləri şənbə günü planlaşdırılmamış sessiyada Ukraynaya təxminən 61 milyard dollar dəyərində əlavə yardım haqqında qanun layihəsini qəbul ediblər. Bundan sonra sənəd Konqres Senatına baxılmaq üçün daxil olacaq. Daha sonra isə bu sənədu ABŞ Prezidenti Co Bayden imzalayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, ABŞ Nümayəndələr Palatasının Kiyevə yardım qərarı ABŞ-ı daha da zənginləşdirəcək, Ukraynanı isə daha da məhv edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əminliklə bildirib ki, ABŞ-ın Ukrayna münaqişəsinə daha da dərindən qarışması Vaşinqton üçün yüksək səsli və alçaldıcı fiasko ilə nəticələnəcək.
Xəbər lenti
0