https://sputnik.az/20240421/turpaket-alan-turistlere-xeberdarliq--aldana-bilersiniz-463941398.html
Turpaket alan turistlərə xəbərdarlıq- Aldana bilərsiniz!
Turpaket alan turistlərə xəbərdarlıq- Aldana bilərsiniz!
Sputnik Azərbaycan
Göydəniz Qəhrəmanov bildirib ki, turistlər tur paket alarkən mütləq müqavilə bağlamalıdırlar. 21.04.2024, Sputnik Azərbaycan
2024-04-21T08:48+0400
2024-04-21T08:48+0400
2024-04-21T08:48+0400
turist
cəmiyyət
paket
otel
turistlər
turizm
turizm
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0f/456838248_0:161:3071:1888_1920x0_80_0_0_8478eca69f257623502bc0cd3a6a4cf7.jpg
BAKI, 21 aprel — Sputnik. "Turizm mövsümü ərəfəsi turistlər turpaketlər alarkən diqqətli olmalıdırlar. Biz hər il turizm mövsümündən əvvəl turistlərə çağırış edirik ki, turistlər turpaketləri alarkən seçdikləri turizm şirkətini araşdırsınlar". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib. G.Qəhrəmanov deyib ki, Assosiasiyaya üzv olan turizm şirkətləri daha etibarlıdır. Çünki, həmin şirkətlər Assosiasiyaya üzv olmaq üçün müəyyən meyarlara cavab verməlidirlər. Həmsöhbətimiz deyir ki, bunun üçün onlara müəyyən standartlar qoyulur. Onun sözlərinə görə, Assosiasiyanın üzvü olan turizm şirkətlərinin ofislərinin qarşısında stikerlər qoyulur. Müştərilər QR kodlarla şirkət barədə məlumat əldə edilə bilərlər. "Turistlər tur paket alarkən mütləq müqavilə bağlamalıdırlar. Bu müqavilədə hər iki tərəfin öhdəlik və vəzifələri qeyd edilir. Bundan əlavə data.tourism.gov.az saytında reyestrdə qeydiyyatdan keçən turizm şirkətləri etibarlı və tövsiyə ediləndir. Həmçinin turistlərə tur şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik", - Göydəniz Qəhrəmanov bildirib. O, əlavə edib ki, turistlər daha çox ucuz tur paketlərə üstünlük verirlər. G.Qəhrəmanov onu da bildirib ki, böyük qiymət fərqi olan, ucuz tur paketlərdən çəkinmək məsləhətdir:"Çünki, otellərin qiyməti standart olur. Turizm şirkətləri 3-4 faiz endirim edə bilirlər. 20-30 faiz endirim edən turpaketlərdən çəkinmək lazımdır. Çünki, belə turpaketlərdə aldanma riski böyükdür". Qeyd edək ki, yaz-yay istirahət fəsli olduğundan, bu aylarda səyahət etmək üçün turizm şirkətlərinin xidmətlərindən yararlananların da sayı artır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0f/456838248_170:0:2901:2048_1920x0_80_0_0_f3a99dffb11d5e595693e0a08d4dbb58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
turist, paket, otel, turistlər, turizm, turizm
turist, paket, otel, turistlər, turizm, turizm
Turpaket alan turistlərə xəbərdarlıq- Aldana bilərsiniz!
Göydəniz Qəhrəmanov bildirib ki, turistlər tur paket alarkən mütləq müqavilə bağlamalıdırlar.
BAKI, 21 aprel — Sputnik. "Turizm mövsümü ərəfəsi turistlər turpaketlər alarkən diqqətli olmalıdırlar. Biz hər il turizm mövsümündən əvvəl turistlərə çağırış edirik ki, turistlər turpaketləri alarkən seçdikləri turizm şirkətini araşdırsınlar".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib.
G.Qəhrəmanov deyib ki, Assosiasiyaya üzv olan turizm şirkətləri daha etibarlıdır. Çünki, həmin şirkətlər Assosiasiyaya üzv olmaq üçün müəyyən meyarlara cavab verməlidirlər. Həmsöhbətimiz deyir ki, bunun üçün onlara müəyyən standartlar qoyulur. Onun sözlərinə görə, Assosiasiyanın üzvü olan turizm şirkətlərinin ofislərinin qarşısında stikerlər qoyulur. Müştərilər QR kodlarla şirkət barədə məlumat əldə edilə bilərlər.
"Turistlər tur paket alarkən mütləq müqavilə bağlamalıdırlar. Bu müqavilədə hər iki tərəfin öhdəlik və vəzifələri qeyd edilir. Bundan əlavə data.tourism.gov.az saytında reyestrdə qeydiyyatdan keçən turizm şirkətləri etibarlı və tövsiyə ediləndir. Həmçinin turistlərə tur şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik", - Göydəniz Qəhrəmanov bildirib.
O, əlavə edib ki, turistlər daha çox ucuz tur paketlərə üstünlük verirlər.
Assosiasiya rəhbəri deyir ki, elə turizm şirkətləri var ki, ofisləri belə yoxdur: "Onlar evdən, yaxud da hər hansı kafedən xidmət göstərirlər. Belə şirkətlərdən tur paketlər aldıqda aldatma halları çox olur. Şikayət olduqda isə, onları axtarıb tapmaq olmur. Nəticədə turistlərin səfərləri pozulur".
G.Qəhrəmanov onu da bildirib ki, böyük qiymət fərqi olan, ucuz tur paketlərdən çəkinmək məsləhətdir:
"Çünki, otellərin qiyməti standart olur. Turizm şirkətləri 3-4 faiz endirim edə bilirlər. 20-30 faiz endirim edən turpaketlərdən çəkinmək lazımdır. Çünki, belə turpaketlərdə aldanma riski böyükdür".
Qeyd edək ki, yaz-yay istirahət fəsli olduğundan, bu aylarda səyahət etmək üçün turizm şirkətlərinin xidmətlərindən yararlananların da sayı artır.