https://sputnik.az/20240421/turkiyede-butun-vaksinasiya-tedbirleri-yerli-peyvendler-hesabina-heyata-kecirilecek-464071362.html
Türkiyədə bütün vaksinasiya tədbirləri yerli peyvəndlər hesabına həyata keçiriləcək
Türkiyədə bütün vaksinasiya tədbirləri yerli peyvəndlər hesabına həyata keçiriləcək
Sputnik Azərbaycan
İlk mərhələdə quduzluq, Hepatit A və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub. 21.04.2024, Sputnik Azərbaycan
2024-04-21T18:13+0400
2024-04-21T18:13+0400
2024-04-21T18:13+0400
səhiyyə
vaksin
peyvənd
türkiyə
proqram
turkovac
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509944_0:0:3011:1694_1920x0_80_0_0_706ce18c26b0dcf9433b48fad0c0e64b.jpg
BAKI, 21 aprel - Sputnik. Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi 2024-cü ilin sonunda Ankara şəhərində istifadəyə veriləcək.AZƏRTAC Azərtac xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə “Esenboğa” havalimanının yaxınlığında inşa edilən “Hıfzıssıhha-Türkiye” adlı mərkəzin ümumi sahəsi 50 min kvadratmetr olacaq.Çoxlu sayda laboratoriyanın da yerləşəcəyi mərkəzdə birinci mərhələdə quduzluq, Hepatit A və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub. Həmçinin, bəzi genetik məhsullarla bağlı araşdırmalar aparılacaq, istehsal təşkil olunacaq.“Hıfzıssıhha-Türkiye” mərkəzi tam gücü ilə fəaliyyətə başlayandan sonra Türkiyədəki bütün vaksinasiya proqramlarının 2028-ci ildən etibarən yerli peyvəndlər hesabına həyata keçirilməsi nəzərdə tutulub.Qeyd edək ki, Türkiyədə peyvənd istehsalı 1998-ci ildə dayandırılıb, 2022-ci ildə koronavirusa qarşı hazırlanan “Turkovac”ın istehsalı ilə bərpa olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509944_0:0:2731:2048_1920x0_80_0_0_fee51129257a7b5a2a232e791ba2b861.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaksin, peyvənd, türkiyə, proqram, turkovac, koronavirus
vaksin, peyvənd, türkiyə, proqram, turkovac, koronavirus
Türkiyədə bütün vaksinasiya tədbirləri yerli peyvəndlər hesabına həyata keçiriləcək
İlk mərhələdə quduzluq, Hepatit A və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub.
BAKI, 21 aprel - Sputnik. Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi 2024-cü ilin sonunda Ankara şəhərində istifadəyə veriləcək.
AZƏRTAC Azərtac xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə “Esenboğa” havalimanının yaxınlığında inşa edilən
“Hıfzıssıhha-Türkiye” adlı mərkəzin ümumi sahəsi 50 min kvadratmetr olacaq.
Çoxlu sayda laboratoriyanın da yerləşəcəyi mərkəzdə birinci mərhələdə quduzluq, Hepatit A və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub. Həmçinin, bəzi genetik məhsullarla bağlı araşdırmalar aparılacaq, istehsal təşkil olunacaq.
“Hıfzıssıhha-Türkiye” mərkəzi tam gücü ilə fəaliyyətə başlayandan sonra Türkiyədəki bütün vaksinasiya proqramlarının 2028-ci ildən etibarən yerli peyvəndlər hesabına həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyədə peyvənd istehsalı 1998-ci ildə dayandırılıb, 2022-ci ildə koronavirusa qarşı hazırlanan “Turkovac”ın istehsalı ilə bərpa olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.