Tarixdə bu gün - 21 aprel - FOTO - VİDEO
© Sputnik / Elnur Salayev21 aprel
![21 aprel 21 aprel - Sputnik Azərbaycan, 1920, 21.04.2024](https://cdnn1.img.sputnik.az/img/07e8/04/01/463628347_42:0:1158:628_1920x0_80_0_0_918e80d774b19fa5fa45b882679c010f.jpg)
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 21 aprel - Sputnik. Aprelin 21-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 21-də kimlər dünyaya gəlib?
II Yelizaveta (1926-2022) – Böyük Britaniya kraliçası (1952-2022).
© adworks.pkBöyük Britaniya kraliçası II Yelizaveta
![Böyük Britaniya kraliçası II Yelizaveta Böyük Britaniya kraliçası II Yelizaveta - Sputnik Azərbaycan, 1920, 21.04.2024](https://cdnn1.img.sputnik.az/img/40029/96/400299692_0:0:3500:2473_1920x0_80_0_0_6786c1c75373bf98f2c8e84b2fbd391c.jpg)
Böyük Britaniya kraliçası II Yelizaveta
© adworks.pk
Entoni Kuin (1915-2001) - Amerika aktyoru, rejissor. Köməkçi rollara görə iki dəfə Oskar mükafatı laureatı. Əsas film əsərləri arasında “Ərəbistanlı Lourens” filmindəki bədəvi lideri və eyniadlı filmdəki yunan Zorba da var.
İqqi Pop (1947) - ABŞ rok vokalçısı, alternativ rokun qabaqcıllarından biri və qurusu. Alternativ rokun inkişafına verdiyi töhfəyə görə onu pank rok və grunge-nin “xaç atası” adlandırırlar. 2009-cu ildə Britaniyanın Classic Rock jurnalı ona "Yaşayan əfsanə" titulunu verib.
© Sputnik / Екатерина Чесноковаİqqi Pop (1947) - ABŞ rok vokalçısı
![Американский рок-вокалист Игги Поп (Джеймс Ньюэлл Остерберг-младший) Американский рок-вокалист Игги Поп (Джеймс Ньюэлл Остерберг-младший) - Sputnik Azərbaycan, 1920, 21.04.2024](https://cdnn1.img.sputnik.az/img/07e8/04/15/464061603_0:0:2048:2533_1920x0_80_0_0_64a8623d065a618d27a933e07f876d82.jpg)
İqqi Pop (1947) - ABŞ rok vokalçısı
© Sputnik / Екатерина Чеснокова
Endi MacDouel (1958) - Amerika kino aktrisası, model. O, “Yaşayış icazəsi”, “Groundhog Day”, “Dörd toy və dəfn mərasimi” və s. filmlərdə rol alıb.
![72-й Каннский кинофестиваль. День пятый 72-й Каннский кинофестиваль. День пятый - Sputnik Azərbaycan, 1920, 21.04.2024](https://cdnn1.img.sputnik.az/img/07e8/04/15/464062165_0:0:2048:2910_1920x0_80_0_0_54e898f0bc6ffc4054ccdaf40877c7f0.jpg)
Endi MacDouel
© Sputnik / Асатур Есаянц
/ Pyotr Fyodorov (1982) - rus teatr və kino aktyoru, rejissor. “Duelist”, “Dyatlov aşırımı”, “Buzqıran”, “Analar” və s. filmlərdə rol alıb.
![Актер Пётр Фёдоров Актер Пётр Фёдоров - Sputnik Azərbaycan, 1920, 21.04.2024](https://cdnn1.img.sputnik.az/img/07e8/04/15/464061978_0:0:2544:1726_1920x0_80_0_0_cb6b21729852e7ba86165dc33ec5d69b.jpg)
Pyotr Fyodorov
© Sputnik / Екатерина Чеснокова
/ Aprelin 21-də tarixə düşən hadisələr
1939-cu ildə Leninqradda (Sankt-Peterburq) Moskva kinoteatrı açıldı - SSRİ-də ilk üç ekranlı kinoteatr.
1944-cü ildə Fransada qadınlar səsvermə hüququ əldə ediblər.
1954-cü ildə SSRİ YUNESKO-ya daxil olub.
21 və 22 aprel 2019-cu il tarixlərində Şri-Lankanın bir neçə şəhərində üç katolik kilsəsi və dörd oteldə terror aktları baş verib. Nəticədə 253 nəfər həlak olub, 500-ə yaxın insan yaralanıb.
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü 2017-ci ilin aprelində BMT Baş Assambleyası tərəfindən təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.