https://sputnik.az/20240421/jms-kelem-siresi-bagirsaqdaki-iltihabla-mubarize-aparmaga-komek-edir-464021994.html
JMS: Kələm şirəsi bağırsaqdakı iltihabla mübarizə aparmağa kömək edir
JMS: Kələm şirəsi bağırsaqdakı iltihabla mübarizə aparmağa kömək edir
Sputnik Azərbaycan
Həmçinin məlum olub ki, qırmızı kələm şirəsi bağırsağın maneə funksiyasını yaxşılaşdırır. 21.04.2024, Sputnik Azərbaycan
2024-04-21T21:25+0400
2024-04-21T21:25+0400
2024-04-21T21:25+0400
şirə
dünya xəbərləri
baş kələm
xora
xalkolit dövrü
bağırsaq
iltihab
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079831_0:0:3000:1688_1920x0_80_0_0_0234107d09f7831a5a8cc6dd8ad82759.jpg
BAKI, 21 aprel — Sputnik. Missuri Universitetinin (ABŞ) tədqiqatçılar qrupu qırmızı kələm şirəsinin xoralı kolit və Kron xəstəliyi kimi iltihablı həzm sistemi xəstəliklərinin simptomlarını yüngülləşdirə biləcəyini müəyyən edib. Bu barədə Rusiya mediası "Journal of Molecular Sciences" (JMS) jurnalına istinadən xəbər verib. Tədqiqat zamanı alimlər qırmızı kələm şirəsini iltihabi bağırsaq xəstəlikləri (İBX) olan siçanların rasionuna daxil ediblər. Bu qrupdakı xəstəliklər bütün bağırsağı və ya mədə-bağırsaq traktının bir hissəsini əhatə edən xroniki iltihabi proses ilə xarakterizə olunur. Bu, adətən qarın ağrısı və diareya ilə nəticələnir, lakin bəzən dəri səpgiləri və ya oynaqların iltihabı da baş verə bilər. Təcrübənin nəticələri göstərib ki, qırmızı kələm şirəsi faydalı bakteriyaların böyüməsini stimullaşdıraraq siçanların bağırsaq mikrobiotların tərkibini dəyişdirə bilir. Bu, iltihabı azaldan qısa zəncirli yağ turşularının və digər bakterial metabolitlərin istehsalını artırmağa kömək edir. Həmçinin məlum olub ki, qırmızı kələm şirəsi bağırsağın maneə funksiyasını yaxşılaşdırır. Maneə funksiyası luminal tərkibli, yəni toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin bağırsaq divarından sistemli qan dövriyyəsinə, toxumalara və orqanlara daxil olmasının qarşısını almaqdır. Bundan əlavə, təzə sıxılmış kələm şirəsi tənzimləyici (immun) T-hüceyrələrini stimullaşdıraraq iltihab əleyhinə immunitet balansını təşviq edir. Tədqiqatçılar siçanlarda İBX təzahürlərinin insanlardakı təzahürlərlə demək olar ki, tamamilə eyni olduğunu qeyd ediblər. Bu, qırmızı kələm şirəsinin Kron və xoralı kolit xəstəliyindən əziyyət çəkən insanlar üçün müalicəvi bir seçim ola biləcəyinə inanmağa əsas verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435079831_157:0:2825:2001_1920x0_80_0_0_c7ca8cc2983c5753e78cd2e076a131d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şirə, baş kələm, xora, xalkolit dövrü, bağırsaq, iltihab
şirə, baş kələm, xora, xalkolit dövrü, bağırsaq, iltihab
JMS: Kələm şirəsi bağırsaqdakı iltihabla mübarizə aparmağa kömək edir
Həmçinin məlum olub ki, qırmızı kələm şirəsi bağırsağın maneə funksiyasını yaxşılaşdırır.
BAKI, 21 aprel — Sputnik. Missuri Universitetinin (ABŞ) tədqiqatçılar qrupu qırmızı kələm şirəsinin xoralı kolit və Kron xəstəliyi kimi iltihablı həzm sistemi xəstəliklərinin simptomlarını yüngülləşdirə biləcəyini müəyyən edib.
Bu barədə Rusiya mediası "Journal of Molecular Sciences" (JMS) jurnalına istinadən xəbər verib.
Tədqiqat zamanı alimlər qırmızı kələm şirəsini iltihabi bağırsaq xəstəlikləri (İBX) olan siçanların rasionuna daxil ediblər. Bu qrupdakı xəstəliklər bütün bağırsağı və ya mədə-bağırsaq traktının bir hissəsini əhatə edən xroniki iltihabi proses ilə xarakterizə olunur. Bu, adətən qarın ağrısı və diareya ilə nəticələnir, lakin bəzən dəri səpgiləri və ya oynaqların iltihabı da baş verə bilər.
Təcrübənin nəticələri göstərib ki, qırmızı kələm şirəsi faydalı bakteriyaların böyüməsini stimullaşdıraraq siçanların bağırsaq mikrobiotların tərkibini dəyişdirə bilir. Bu, iltihabı azaldan qısa zəncirli yağ turşularının və digər bakterial metabolitlərin istehsalını artırmağa kömək edir.
Həmçinin məlum olub ki, qırmızı kələm şirəsi bağırsağın maneə funksiyasını yaxşılaşdırır. Maneə funksiyası luminal tərkibli, yəni toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin bağırsaq divarından sistemli qan dövriyyəsinə, toxumalara və orqanlara daxil olmasının qarşısını almaqdır. Bundan əlavə, təzə sıxılmış kələm şirəsi tənzimləyici (immun) T-hüceyrələrini stimullaşdıraraq iltihab əleyhinə immunitet balansını təşviq edir.
Tədqiqatçılar siçanlarda İBX təzahürlərinin insanlardakı təzahürlərlə demək olar ki, tamamilə eyni olduğunu qeyd ediblər. Bu, qırmızı kələm şirəsinin Kron və xoralı kolit xəstəliyindən əziyyət çəkən insanlar üçün müalicəvi bir seçim ola biləcəyinə inanmağa əsas verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.