https://sputnik.az/20240420/baganis-ayrim-kendi-azerbaycandan-nece-ayri-dusdu-440139978.html
Bağanıs Ayrım kəndi Azərbaycandan necə ayrı düşdü?
Bağanıs Ayrım kəndi Azərbaycandan necə ayrı düşdü?
Sputnik Azərbaycan
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşdə Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana... 20.04.2024, Sputnik Azərbaycan
2024-04-20T19:14+0400
2024-04-20T19:14+0400
2024-04-20T19:28+0400
azərbaycan
işğal
qazax
kənd
cəmiyyət
ermənistan
sərhəd
işğal
delimitasiya və demarkasiya
delimitasiya
https://cdnn1.img.sputnik.az/img/07e8/04/14/464058337_0:0:684:384_1920x0_80_0_0_eb3cfd3be828926175164c137621793a.jpg
Qazax rayon sakini Məhəmmədəli Adıgözəlov 57 ildir sahib olduğu avtomobili bu gün də göz bəbəyi kimi qoruyub saxlayır. Buna səbəb ermənilərin kəndlərinə basqını zamanı özünün və qardaşının ailəsini bu avtomobilin köməkliyi ilə xilas etməsi olub. Belə ki, M.Adıgözəlov ermənilərin Azərbaycanda ilk işğal etdiyi Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakinidir. 34 il əvvəl martın 23-dən 24-ə keçən gecə onların kəndinə ermənilər basqın edərək qətliam törədiliblər. Bu faciədə 10 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 15 nəfərdən çox insan yaralanıb. 100-dək evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi əşyaları və mal-qara ermənilərin əlinə keçib.O günləri yada salan M.Adıgözəlov ermənilərin həmişə kəndi atəşə tutduğunu, kəndin az sayda sakinində olan ov tüfəngləri ilə onlara cavab verildiyini deyib. Lakin martın 23-ü gecə ermənilər mütəşəkkil şəkildə kəndə hücum həyata keçirərək Bağanıs Ayrım faciəsini törədiblər. O, özünə məxsus VAZ 21011 markalı avtomobili ilə 10 nəfəri necə bu qırğından qurtarması haqda danışıb:O gündən məcburi köçkün həyatı yaşayan ailə Qazax rayonunda məskunlaşıb. Aradan neçə illər keçsə də, Məhəmmədəli Adıgözəlov avtomobilini satmayıb. İşğal altında olan kəndə gedəcəyi günü gözləyə-gözləyə düz 33 ildir o maşına qulluq edir. Onun sözlərinə görə, övladları ona dəfələrlə bu maşını sataraq yenisini almağı təklif ediblər. Lakin o işğaldan azad olunandan sonra kəndlərinə yenə bu avtomobillə gedəcəyini söyləyərək satılmasına qarşı çıxıb."Yenə elə nizam saxlayıram. İndi Allah qoysa, kəndimiz qayıtsa, həmin maşına elə həmin adamları yığıb yenə kəndə qayıdacağam", - deyə o, bildirib.Buna görə Məhəmmədəli Adıgözəlov mütəmadi olaraq avtomobilinə qulluq edir. Bağanıs Ayrımın işğaldan azad olunması gününü səbrsizliklə gözləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/14/464058337_37:0:549:384_1920x0_80_0_0_451dfcec6cdd231b6eaadf00e8392dd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
azərbaycan, işğal, qazax, kənd, ermənistan, sərhəd, işğal, delimitasiya və demarkasiya, delimitasiya
azərbaycan, işğal, qazax, kənd, ermənistan, sərhəd, işğal, delimitasiya və demarkasiya, delimitasiya
Bağanıs Ayrım kəndi Azərbaycandan necə ayrı düşdü?
19:14 20.04.2024 (Yenilənib: 19:28 20.04.2024) Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşdə Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Bu kəndlərin arasında Bağanıs Ayrım da var.
Qazax rayon sakini Məhəmmədəli Adıgözəlov 57 ildir sahib olduğu avtomobili bu gün də göz bəbəyi kimi qoruyub saxlayır. Buna səbəb ermənilərin kəndlərinə basqını zamanı özünün və qardaşının ailəsini bu avtomobilin köməkliyi ilə xilas etməsi olub.
Belə ki, M.Adıgözəlov ermənilərin Azərbaycanda ilk işğal etdiyi Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakinidir. 34 il əvvəl martın 23-dən 24-ə keçən gecə onların kəndinə ermənilər basqın edərək qətliam törədiliblər. Bu faciədə 10 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 15 nəfərdən çox insan yaralanıb. 100-dək evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi əşyaları və mal-qara ermənilərin əlinə keçib.
O günləri yada salan M.Adıgözəlov ermənilərin həmişə kəndi atəşə tutduğunu, kəndin az sayda sakinində olan ov tüfəngləri ilə onlara cavab verildiyini deyib. Lakin martın 23-ü gecə ermənilər mütəşəkkil şəkildə kəndə hücum həyata keçirərək Bağanıs Ayrım faciəsini törədiblər. O, özünə məxsus VAZ 21011 markalı avtomobili ilə 10 nəfəri necə bu qırğından qurtarması haqda danışıb:
"Mən bu maşını 77-ci ildə almışam. Lazım olanda Qazaxa gedib-gəlirdim. 90-cı il girəndən hər gün atırdılar. Silahlıların qabağında əliyalın necə dayanmaq olardı. Ona görə hər gün nizamlayırdım, benzinini töküb üzü rayona tərəf saxlayırdım ki, qaçaqaç düşsə, ailəmi götürüb çıxara bilim. Gecə gördük gəlmə saqqallılar kəndin başından avtomatlarla ata-ata kəndi mühasirəyə alırlar. Kənddən qaça bilən qaçır. Oğlum kəndin arasına çıxmışdı. Qaça-qaça gəldi ki, ermənilər kəndin üst tərəfindən hücuma keçib. Tez maşını işə saldım. Öz uşaqlarımı, qardaşımın uşaqlarını, bir də daha on nəfəri maşına yığıb yola çıxdım. Maşının dalınca düz kəndi çıxana kimi atdılar. Təpənin başına çatıb orda saxladım, kəndə baxdım. Gördüm kəndin başından ayağına kimi bir-bir evləri yandırırlar. Lopaları benzinə batıraraq yandırıb evlərə atırlar", -deyə yaşanan faciə haqda məlumat verib.
O gündən məcburi köçkün həyatı yaşayan ailə Qazax rayonunda məskunlaşıb. Aradan neçə illər keçsə də, Məhəmmədəli Adıgözəlov avtomobilini satmayıb. İşğal altında olan kəndə gedəcəyi günü gözləyə-gözləyə düz 33 ildir o maşına qulluq edir. Onun sözlərinə görə, övladları ona dəfələrlə bu maşını sataraq yenisini almağı təklif ediblər. Lakin o işğaldan azad olunandan sonra kəndlərinə yenə bu avtomobillə gedəcəyini söyləyərək satılmasına qarşı çıxıb.
"Yenə elə nizam saxlayıram. İndi Allah qoysa, kəndimiz qayıtsa, həmin maşına elə həmin adamları yığıb yenə kəndə qayıdacağam", - deyə o, bildirib.
Buna görə Məhəmmədəli Adıgözəlov mütəmadi olaraq avtomobilinə qulluq edir. Bağanıs Ayrımın işğaldan azad olunması gününü səbrsizliklə gözləyir.