https://sputnik.az/20240419/tonoyan-pasinyani-raketlerin-kefiyyetini-birge-yoxlamaga-cagirdi-464032003.html
Tonoyan Paşinyanı raketlərin keyfiyyətini birgə yoxlamağa çağırdı
Tonoyan Paşinyanı raketlərin keyfiyyətini birgə yoxlamağa çağırdı
Sputnik Azərbaycan
Əgər ciddi problemlərlə üzləşən dövlət başçısı məktəblərdə asılqanları yoxlamağa vaxt tapırsa, o zaman Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini... 19.04.2024, Sputnik Azərbaycan
2024-04-19T13:00+0400
2024-04-19T13:00+0400
2024-04-19T15:17+0400
müdafiə naziri david tonoyan
siyasət
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/41997/38/419973893_0:0:1600:901_1920x0_80_0_0_09aa0525797390534d9c908f9d6844af.jpg
BAKI, 19 aprel — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan baş nazir Nikol Paşinyanı alınmış raketlərin keyfiyyətini şəxsən yoxlamağa çağırıb. Tonoyanın bəyanatında deyilir ki, onun "yararsız" elan edilmiş raket partiyasının tam öyrənilməsi və Ermənistan ordusunda xidmətdə olan digər raketlərlə müqayisəsi ilə bağlı müraciətləri məhkəmə tərəfindən rədd edilib. Məhkəmə həmçinin mərmilərin keyfiyyəti ilə bağlı ekspert rəyi almaq imkanı da verməyib. Onun sözlərinə görə, əvvəllər rəsmilərin raketlərə qarşı səsləndirdiyi "keyfiyyətsiz", "istifadəyə yararsız" və "vaxt keçib" kimi ittihamlar aradan qalxıb. "Baş nazirin mənim sözlərimə şübhə edə biləcəyini və mütəxəssislərə etimadsızlığını bildiyini nəzərə alaraq, mən onu şəxsən mənimlə birgə raket sınaqlarında iştirak etməyə dəvət edirəm ki, Paşinyan mənə istənilən silah kimi və digər mühüm mövzularda sualı verə bilsin" - Tonoyan bildirib. Əgər ciddi problemlərlə üzləşən dövlət başçısı məktəblərdə asılqanları yoxlamağa vaxt tapırsa, o zaman Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini saxlamaq üçün zəruri olan raketlərin yoxlanılmasına da diqqət yetirməlidir. Aprelin 18-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə ərizəsini rədd edib. Xatırladaq ki, sabiq müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41997/38/419973893_163:0:1583:1065_1920x0_80_0_0_1e4b26dae8609aa3b689b39067fd0406.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
müdafiə naziri david tonoyan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan
müdafiə naziri david tonoyan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan
Tonoyan Paşinyanı raketlərin keyfiyyətini birgə yoxlamağa çağırdı
13:00 19.04.2024 (Yenilənib: 15:17 19.04.2024) Əgər ciddi problemlərlə üzləşən dövlət başçısı məktəblərdə asılqanları yoxlamağa vaxt tapırsa, o zaman Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini saxlamaq üçün zəruri olan raketlərin yoxlanılmasına da diqqət yetirməlidir.
BAKI, 19 aprel — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan baş nazir Nikol Paşinyanı alınmış raketlərin keyfiyyətini şəxsən yoxlamağa çağırıb.
Tonoyanın bəyanatında deyilir ki, onun "yararsız" elan edilmiş raket partiyasının tam öyrənilməsi və Ermənistan ordusunda xidmətdə olan digər raketlərlə müqayisəsi ilə bağlı müraciətləri məhkəmə tərəfindən rədd edilib. Məhkəmə həmçinin mərmilərin keyfiyyəti ilə bağlı ekspert rəyi almaq imkanı da verməyib. Onun sözlərinə görə, əvvəllər rəsmilərin raketlərə qarşı səsləndirdiyi "keyfiyyətsiz", "istifadəyə yararsız" və "vaxt keçib" kimi ittihamlar aradan qalxıb.
"Baş nazirin mənim sözlərimə şübhə edə biləcəyini və mütəxəssislərə etimadsızlığını bildiyini nəzərə alaraq, mən onu şəxsən mənimlə birgə raket sınaqlarında iştirak etməyə dəvət edirəm ki, Paşinyan mənə istənilən silah kimi və digər mühüm mövzularda sualı verə bilsin" - Tonoyan bildirib.
Əgər ciddi problemlərlə üzləşən dövlət başçısı məktəblərdə asılqanları yoxlamağa vaxt tapırsa, o zaman Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini saxlamaq üçün zəruri olan raketlərin yoxlanılmasına da diqqət yetirməlidir.
Aprelin 18-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə ərizəsini rədd edib.
Xatırladaq ki, sabiq müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir.