SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular - Zahid Oruc

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Komitə sədri bildirib ki, 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar qələbəmizi ləkələmək üçün "erməni işğalını rus ordusu əvəzlədi" adlı qlobal kampaniyaya başladılar.
BAKI, 19 aprel — Sputnik. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar qələbəmizi ləkələmək üçün "erməni işğalını rus ordusu əvəzlədi" adlı qlobal kampaniyaya başladılar: "Rusiyanın Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri Azərbaycan və Rusiya əsgərlərini toqquşdurmaq istəyirdilər. Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?"
"Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı" - o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər" - H.Hacıyev bildirib.
Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0