https://sputnik.az/20240419/fransa-suretle-ermenistani-silahlandirir---deputat-464034191.html
Fransa sürətlə Ermənistanı silahlandırır - deputat
Fransa sürətlə Ermənistanı silahlandırır - deputat
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdə Fransanın uzun müddət ərzində sərgilədiyi destruktiv fəaliyyət faktiki olaraq hazırda pik həddə çatıb. 19.04.2024, Sputnik Azərbaycan
2024-04-19T17:10+0400
2024-04-19T17:10+0400
2024-04-19T17:10+0400
deputat
siyasət
nizami səfərov
fransa
cənubi qafqaz
ermənistan
avropa ittifaqı
atət
atət-in minsk qrupu
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0e/460552934_0:278:2652:1770_1920x0_80_0_0_b34ea11a89d67b1c363f7ace88ac995e.jpg
BAKI, 19 aprel — Sputnik. "Fransa sürətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır". Bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O xatırladıb ki, Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən diplomat prezident Emmanuel Makron tərəfindən qəbul edilib: "Beynəlxalq münasibətlərdə və diplomatik təcrübədə rast gəlinən belə bir addımla bağlı bir sıra şərhlərə ciddi ehtiyac var". Deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdə Fransanın uzun müddət ərzində sərgilədiyi destruktiv fəaliyyət faktiki olaraq hazırda pik həddə çatıb:"25 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupu çərçivəsində guya vasitəçilik missiyası ilə məşğul olan dövlət 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlanan qətnamənin qəbul edilməsinin əleyhinə səs verir. Halbuki müzakirəyə təqdim olunan sənəddə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və bir sıra digər mühüm məsələlər öz əksini tapıb. Fransa Parlamentinin hər iki palatası - Senat və Milli Assambleya ölkəmizə qarşı vahid cəbhədən çıxış edərək, hamılıqla qəbul edilən beynəlxalq hüquq prinsiplərinə dəfələrlə hörmətsizlik nümayiş etdirib, aşkar formada təcavüzkar Ermənistanı dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan qətnamələr qəbul edib". N.Səfərov bildirib ki, Fransa BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqının Parlamenti və digər beynəlxalq platformalarda Azərbaycana qarşı müxtəlif sənədlərin qəbul edilməsi üçün xüsusi fəallıq nümayiş etdirib: "Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik rejimin bərqərar olunmasına heç bir maraq göstərməyən Fransa sürətlə Ermənistanı silahlandırır və yenidən bu bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Əlbəttə ki, belə, cəhdlərin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınacaq və istər iqtisadi istərsə də hərbi cəhətdən regionun ən qüdrətli ölkəsi olaraq Azərbaycan gündəlikdə duran bütün problemləri ən səmərəli formada həll edəcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0e/460552934_0:30:2652:2019_1920x0_80_0_0_fe6dc717d442fc4f13f77f4058547d75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputat, nizami səfərov, fransa, cənubi qafqaz, ermənistan, avropa ittifaqı, atət, atət-in minsk qrupu
deputat, nizami səfərov, fransa, cənubi qafqaz, ermənistan, avropa ittifaqı, atət, atət-in minsk qrupu
Fransa sürətlə Ermənistanı silahlandırır - deputat
Deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdə Fransanın uzun müddət ərzində sərgilədiyi destruktiv fəaliyyət faktiki olaraq hazırda pik həddə çatıb.
BAKI, 19 aprel — Sputnik. "Fransa sürətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır".
Bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən diplomat prezident Emmanuel Makron tərəfindən qəbul edilib:
"Beynəlxalq münasibətlərdə və diplomatik təcrübədə rast gəlinən belə bir addımla bağlı bir sıra şərhlərə ciddi ehtiyac var".
Deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdə Fransanın uzun müddət ərzində sərgilədiyi destruktiv fəaliyyət faktiki olaraq hazırda pik həddə çatıb:
"25 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupu çərçivəsində guya vasitəçilik missiyası ilə məşğul olan dövlət 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlanan qətnamənin qəbul edilməsinin əleyhinə səs verir. Halbuki müzakirəyə təqdim olunan sənəddə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və bir sıra digər mühüm məsələlər öz əksini tapıb. Fransa Parlamentinin hər iki palatası - Senat və Milli Assambleya ölkəmizə qarşı vahid cəbhədən çıxış edərək, hamılıqla qəbul edilən beynəlxalq hüquq prinsiplərinə dəfələrlə hörmətsizlik nümayiş etdirib, aşkar formada təcavüzkar Ermənistanı dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan qətnamələr qəbul edib".
N.Səfərov bildirib ki, Fransa BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqının Parlamenti və digər beynəlxalq platformalarda Azərbaycana qarşı müxtəlif sənədlərin qəbul edilməsi üçün xüsusi fəallıq nümayiş etdirib:
"Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik rejimin bərqərar olunmasına heç bir maraq göstərməyən Fransa sürətlə Ermənistanı silahlandırır və yenidən bu bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Əlbəttə ki, belə, cəhdlərin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınacaq və istər iqtisadi istərsə də hərbi cəhətdən regionun ən qüdrətli ölkəsi olaraq Azərbaycan gündəlikdə duran bütün problemləri ən səmərəli formada həll edəcək".