https://sputnik.az/20240418/xudaveng-monastirinda-toretdilmis--vandalizmle-bagli-addimlar-atilacaq----xidmet-reisi-464008432.html
Xudavəng monastırında törətdilmiş vandalizmlə bağlı addımlar atılacaq - Xidmət rəisi
Xudavəng monastırında törətdilmiş vandalizmlə bağlı addımlar atılacaq - Xidmət rəisi
Sputnik Azərbaycan
Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb. Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef... 18.04.2024, Sputnik Azərbaycan
2024-04-18T12:20+0400
2024-04-18T12:20+0400
2024-04-18T12:47+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
qarabağ
azərbaycan
xudavəng monastırı
erməni vandalizmi
dövlət
xidmət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427105256_0:239:3193:2035_1920x0_80_0_0_a6caad3b9d4755dfa082224563d6974f.jpg
BAKI, 18 aprel — Sputnik. "Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizminin izləri ilə bağlı lazımi addımlar atılacaq". Bunu jurnalistlərə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib. O bildirib ki, Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb. Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb: "Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil". Səbinə Hacıyevanın sözlərinə görə, 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Amaras monastırında da monitorinq aparılıb. Xudavəng monastır kompleksi Xatırladaq ki, Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırının əsası eramızın ilk əsrlərində xristian missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulub. Kompleksin ən erkən tikilisi olan bazilika İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilib. Alban Xaçın Knyazlığının dini mərkəzi olan bu monastırda alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənmiş və orada əlavə tikililər inşa edilib. İşğal dövründə ermənilər tərəfindən Xudavəng monastırında qanunsuz bərpa işləri aparılmış, bir çox xaç elementlərində dəyişikliklər edilib. Amaras monastırı - Xocavənd rayonu ərazisində yerləşən, tarixi IV əsrə aid abidə dünyanın ən qədim xristian monastırlarından biridir.SülhməramlılarKreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb. Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
xudavəng monastırı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427105256_153:0:2884:2048_1920x0_80_0_0_e2588f1c35513e3bd7a3634510a50be4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, azərbaycan, xudavəng monastırı, erməni vandalizmi, dövlət, xidmət
qarabağ, azərbaycan, xudavəng monastırı, erməni vandalizmi, dövlət, xidmət
Xudavəng monastırında törətdilmiş vandalizmlə bağlı addımlar atılacaq - Xidmət rəisi
12:20 18.04.2024 (Yenilənib: 12:47 18.04.2024) Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb. Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil.
BAKI, 18 aprel — Sputnik. "Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizminin izləri ilə bağlı lazımi addımlar atılacaq". Bunu jurnalistlərə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
"Təbii ki, Qarabağ və Şərqi Zəngəzurdakı bütün abidələr bizim mədəni-tarixi irsimizin bir hissəsidir. Həmin abidələrin qorunması, mühafizəsi, digər lazımi prosedurlar hamısı həyata keçiriləcək" - Xidmət rəisi qeyd edib.
O bildirib ki, Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb.
Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb: "Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil".
Səbinə Hacıyevanın sözlərinə görə, 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Amaras monastırında da monitorinq aparılıb.
Xudavəng monastır kompleksi
Xatırladaq ki, Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırının əsası eramızın ilk əsrlərində xristian missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulub. Kompleksin ən erkən tikilisi olan bazilika İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilib.
Alban Xaçın Knyazlığının dini mərkəzi olan bu monastırda alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənmiş və orada əlavə tikililər inşa edilib.
İşğal dövründə ermənilər tərəfindən Xudavəng monastırında qanunsuz bərpa işləri aparılmış, bir çox xaç elementlərində dəyişikliklər edilib.
Amaras monastırı - Xocavənd rayonu ərazisində yerləşən, tarixi IV əsrə aid abidə dünyanın ən qədim xristian monastırlarından biridir.
Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb. Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.