CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah əsl yay havası olacaq

© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində
Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
BAKI, 18 aprel — Sputnik. Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Bildirilib ki, havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0