https://sputnik.az/20240418/qazaxistanda-dasqinlarin-ikinci-dalgasi-baslayib-464015841.html
Qazaxıstanda daşqınların ikinci dalğası başlayıb
Qazaxıstanda daşqınların ikinci dalğası başlayıb
Sputnik Azərbaycan
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çətin vəziyyət Qızılcar rayonunda və Petropavlovsk şəhərində müşahidə edilir. Rayonun bir sıra yaşayış... 18.04.2024, Sputnik Azərbaycan
2024-04-18T15:45+0400
2024-04-18T15:45+0400
2024-04-18T16:28+0400
qazaxıstan
dünya xəbərləri
su anbarı
daşqın
vilayət
dalğa
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996622_179:0:3457:1844_1920x0_80_0_0_22e5ade35c1968a77a9d6e02daaec361.jpg
BAKI, 18 aprel — Sputnik. Sergeyevsk su anbarında suyun səviyyəsində təkrar artım müşahidə olunur, Şimali Qazaxıstan vilayətində daşqınla bağlı vəziyyət ümumilikdə ağır olaraq qalır. Kazinform agentliyi xəbər verir ki, regionda daşqınların birinci dalğası keçdikdən sonra suyun səviyyəsi 250 santimetrə qədər azalmışdı. Lakin ikinci dalğanın gəlməsi ilə yenidən yüksəlmə başlayıb və bu gün saat 10:00-da 21 santimetr artım qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çətin vəziyyət Qızılcar rayonunda və Petropavlovsk şəhərində müşahidə edilir. Rayonun bir sıra yaşayış məntəqələri və mikrorayonları su altında qalıb. Xatırladaq ki, daşqın başlayandan indiyədək rayonda 2886 evi su basıb, ərazidən 14388 nəfər təxliyə edilib. Təxliyə məntəqələrində 1073 nəfər yerləşdirilib. Mart ayının sonu-aprelin əvvəlində Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib. 20 rayonda respublika və region səviyyəli operativ qərargahlar fəaliyyətə başlayıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996622_588:0:3047:1844_1920x0_80_0_0_6909c5a6532cb40c40b0f405de310c8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, su anbarı, daşqın, vilayət, dalğa
qazaxıstan, su anbarı, daşqın, vilayət, dalğa
Qazaxıstanda daşqınların ikinci dalğası başlayıb
15:45 18.04.2024 (Yenilənib: 16:28 18.04.2024) Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çətin vəziyyət Qızılcar rayonunda və Petropavlovsk şəhərində müşahidə edilir. Rayonun bir sıra yaşayış məntəqələri və mikrorayonları su altında qalıb.
BAKI, 18 aprel — Sputnik. Sergeyevsk su anbarında suyun səviyyəsində təkrar artım müşahidə olunur, Şimali Qazaxıstan vilayətində daşqınla bağlı vəziyyət ümumilikdə ağır olaraq qalır.
Kazinform agentliyi xəbər verir ki, regionda daşqınların birinci dalğası keçdikdən sonra suyun səviyyəsi 250 santimetrə qədər azalmışdı. Lakin ikinci dalğanın gəlməsi ilə yenidən yüksəlmə başlayıb və bu gün saat 10:00-da 21 santimetr artım qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çətin vəziyyət Qızılcar rayonunda və Petropavlovsk şəhərində müşahidə edilir. Rayonun bir sıra yaşayış məntəqələri və mikrorayonları su altında qalıb.
Xatırladaq ki, daşqın başlayandan indiyədək rayonda 2886 evi su basıb, ərazidən 14388 nəfər təxliyə edilib. Təxliyə məntəqələrində 1073 nəfər yerləşdirilib.
Mart ayının sonu-aprelin əvvəlində Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib. 20 rayonda respublika və region səviyyəli operativ qərargahlar fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.