https://sputnik.az/20240418/ermenistanin-kend-rehberleri-de-delimitasiya-prosesine-celb-olunacaq---pasinyan-aciqladi-464003194.html
Ermənistanın icma rəhbərləri də delimitasiya prosesinə cəlb olunacaq - Paşinyan açıqladı
Ermənistanın icma rəhbərləri də delimitasiya prosesinə cəlb olunacaq - Paşinyan açıqladı
Sputnik Azərbaycan
Baş nazir onu da qeyd edib ki, hazırda Kirants və Berkaber kəndlərində təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar müəyyən gərginlik var. 18.04.2024, Sputnik Azərbaycan
2024-04-18T11:00+0400
2024-04-18T11:00+0400
2024-04-18T11:06+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ermənistanın baş naziri nikol paşinyan
delimitasiya
ermənistan
azərbaycan
kənd
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260040_0:0:3073:1728_1920x0_80_0_0_00e78ff152b0886225dd4aa399e42695.jpg
BAKI, 18 aprel — Sputnik. Gələn həftədən başlayaraq Tavuş kəndlərinin administrasiyalarının rəhbərləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə cəlb olunacaqlar. Bunu dünən Ermənistanın baş naziri Nikol Paşinyan Kirants kəndinin sakinləri ilə görüşündə deyib. Paşinyan yerli icmaların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə administrasiya rəhbərlərinin daxil edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Baş nazir onu da qeyd edib ki, hazırda Kirants və Berkaber kəndlərində təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar müəyyən gərginlik var. Xatırladaq ki, martın 9-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən verilən açıqlamada bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Ermənistan baş nazirinin müavini Qriqoryan və onun azərbaycanlı həmkarı Şahin Mustafayev iki ölkənin sərhəd zonasının müxtəlif yerlərində vaxtaşırı görüşlər keçirən sərhədlərin delimitasiyası məsələləri üzrə birgə işçi qrupuna rəhbərlik edirlər. Bundan əvvəlki görüş martın 7-də baş tutub. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260040_159:0:2890:2048_1920x0_80_0_0_4b2d7bd1a47cde4d3eff706f832cc504.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, delimitasiya, ermənistan, azərbaycan, kənd
ermənistanın baş naziri nikol paşinyan, delimitasiya, ermənistan, azərbaycan, kənd
Ermənistanın icma rəhbərləri də delimitasiya prosesinə cəlb olunacaq - Paşinyan açıqladı
11:00 18.04.2024 (Yenilənib: 11:06 18.04.2024) Baş nazir onu da qeyd edib ki, hazırda Kirants və Berkaber kəndlərində təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar müəyyən gərginlik var.
BAKI, 18 aprel — Sputnik. Gələn həftədən başlayaraq Tavuş kəndlərinin administrasiyalarının rəhbərləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə cəlb olunacaqlar. Bunu dünən Ermənistanın baş naziri Nikol Paşinyan Kirants kəndinin sakinləri ilə görüşündə deyib.
Paşinyan yerli icmaların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə administrasiya rəhbərlərinin daxil edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
"Gələn həftədən etibarən icmaların rəhbərləri prosesdə iştirak edəcək və arqumentlərini əhaliyə təqdim edəcəklər", - deyə Paşinyan bildirib.
Baş nazir onu da qeyd edib ki, hazırda Kirants və Berkaber kəndlərində təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar müəyyən gərginlik var.
Xatırladaq ki, martın 9-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən verilən açıqlamada bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Ermənistan baş nazirinin müavini Qriqoryan və onun azərbaycanlı həmkarı Şahin Mustafayev iki ölkənin sərhəd zonasının müxtəlif yerlərində vaxtaşırı görüşlər keçirən sərhədlərin delimitasiyası məsələləri üzrə birgə işçi qrupuna rəhbərlik edirlər. Bundan əvvəlki görüş martın 7-də baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.