CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

© AP Photo / Achmad IbrahimUn kisələri, arxiv
Un kisələri, arxiv - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri deyib ki, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.
BAKI, 18 aprel — Sputnik. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
© Sputnik / Murad OrujovQida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli
Onun sözlərinə görə, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb:

"Yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək. Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə, ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik".

Qeyd edək ki, hazırda əla növ 50 kiloqramlıq un kisəsinin qiyməti topdansatışda 26 manatdır. 50 kiloqramlıq birinci növ unun qiyməti isə 23 manat 80 qəpikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0