ELM

Xiaomi-nin ağıllı üzüyünün hansı məharətləri var?

© Depositphotos.com / MayichaoXiaomi
Xiaomi - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Qadcet ürək döyüntüsünü, qanın oksigenlə doyma səviyyəsini, ürək dərəcəsinin dəyişməsini və bədən istiliyini ölçə bilir.
BAKI, 17 aprel — Sputnik. Çinin Xiaomi şirkəti ilk ağıllı üzüyünün buraxıldığını elan edib.
Bu barədə "GizmoChina" nəşri məlumat yayıb.
Cihazın tizeri brendin sosial şəbəkələrində nümayiş etdirilib. Black Shark üzük metaldan hazırlanıb, profil qalınlığı 2,2 millimetrdir və bu, "istifadə zamanı rahatlıq və komfortu təmin edir". Qadcet ürək döyüntüsünü, qanın oksigenlə doyma səviyyəsini, ürək dərəcəsinin dəyişməsini və bədən istiliyini ölçə bilir.
Şirkət qeyd edib ki, üzük bir şarjla 180 günə qədər işləyə bilər. Cihazın şarj qutusu var. Xiaomi nümayəndələri üzüyün digər xüsusiyyətlərini, qiymətini və buraxılış tarixini daha sonra açıqlayacaqlarına söz veriblər.
"GizmoChina"nın jurnalistləri bildiriblər ki, "Biz rəsmi olaraq ağıllı üzüklərin əsas cərəyana çevrilə biləcəyi bir dövrə qədəm qoyuruq".
Qeyd edək ki, fevralın sonunda Cənubi Koreyanın "Samsung" korporasiyası "MWC 2024" sərgisində "Galaxy Ring" smart üzüyü təqdim edib. Cihaz qət edilən məsafəni, nəbzi, tənəffüs dərəcəsini və yuxu keyfiyyətini qeyd etməyə imkan yaradır.
Ağıllı üzüyün buraxılış tarixi və qiyməti, hələ ki, açıqlanmayıb.
Xəbər lenti
0