https://sputnik.az/20240417/rusiya-sulhmeramlilari-xocalida-minatemizleme-emeliyyatlarina-celb-edilecek-463724092.html
Hacıyev: Sülhməramlıların çıxarılması barədə iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
Hacıyev: Sülhməramlıların çıxarılması barədə iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
Sputnik Azərbaycan
Rusiya sülhməramlıları hələ uzun müddət Qarabağda qalacaq
2024-04-17T13:59+0400
2024-04-17T13:59+0400
2024-04-17T15:28+0400
rusiya sülhməramlıları
qarabağın dirçəlişi və reinteqrasiyası
anama
xocalı
mina
ermənistan
murov dağı
murovdağ
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493743_0:225:2839:1822_1920x0_80_0_0_52eacd3224e679b7945dea65718a29cd.jpg
BAKI, 17 aprel — Sputnik. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib."2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər" - H.Hacıyev bildirib. ***Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib.APA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.***Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.APA-nın məlumatına görə, sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.Sülhməramlı kontingent monastır ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.04.04.242020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandıqdan sonra bu günədək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti zamanı 129 831 hektar ərazi minalardan təmizlənib. Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi - mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib. O bildirib ki, bu dövr ərzində 65 585 ədəd partlamamış hərbi sursat, 31 919 ədəd piyada əleyhinə mina və 19 070 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib: "Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 10 noyabr 2020-ci ildən indiyədək isə 350 nəfər mina partlayışının qurbanı olub, onlardan 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. 350 nəfər mina qurbanından 247 nəfəri məhz keçmiş təmas xəttindən kənar ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə xəsarət alıb". ANAMA İdarə Heyətinin sədri bildirib ki, baş verən mina hadisələrinin 36 faizi azad edilən ərazilərə qanunsuz səfərlərin nəticəsidir. O bildirib ki, mina hadisələrinin 24 faizi kənd təsərrüfatı işlərində, 21 faizi xidməti vəzifələrin icrası zamanı, 19 faizi isə infrastruktur işləri görülən zaman baş verib. Vüqar Süleymanov deyib ki, Ermənistan təqdim etdiyi mina xəritələrini böyük təzyiqlərdən sonra verib: "2021-ci ildə 3 mərhələdə bizə məlumat verilib. Bu yaxınlarda qarşı tərəf 8 mina xəritəsi təqdim edib. Bu formulyarlar əsasən, Kəlbəcər - Murovdağ istiqamətində idi. Biz onu da yoxladıq. Dəqiqliyi yenə çox aşağı səviyyədə idi". Vüqar Süleymanov deyib ki, əslində təqdim olunan xəritələrdə koordinatlar, basdırılan mina sayı ilə bağlı məqamlar öz əksini tapmalı idi: "Lakin biz o məlumatları emal etdik, yerində yoxladıq. Bu emal nəticəsində məlum oldu ki, xəritənin dəqiqliyi cəmi 25 faizdir. Həmin xəritələrin böyük əksəriyyəti - 97-98 faizi 30 il olan təmas xətti ilə bağlı idi. Qeyd etməliyəm ki, statistikaya görə, mina partlaması ilə nəticələnən hadisələrin 70 faizi təmas xəttində deyil, daha içəri ərazilərdə baş verib". İdarə Heyətinin sədri deyib ki, Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493743_54:0:2785:2048_1920x0_80_0_0_7935282e2193ece610c2eb9b15001a5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya sülhməramlıları qarabağda qalıb minaları təmizləyəcək, rusiya sülhməramlıları hələ uzun müddət qarabağda qalacaq
rusiya sülhməramlıları qarabağda qalıb minaları təmizləyəcək, rusiya sülhməramlıları hələ uzun müddət qarabağda qalacaq
Hacıyev: Sülhməramlıların çıxarılması barədə iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
13:59 17.04.2024 (Yenilənib: 15:28 17.04.2024) Sülhməramlı kontingent Xudavəng monastırının ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
BAKI, 17 aprel — Sputnik. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib.
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər" - H.Hacıyev bildirib.
Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
APA-nın məlumatına görə, sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Sülhməramlı kontingent monastır ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandıqdan sonra bu günədək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti zamanı 129 831 hektar ərazi minalardan təmizlənib.
Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi - mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.
O bildirib ki, bu dövr ərzində 65 585 ədəd partlamamış hərbi sursat, 31 919 ədəd piyada əleyhinə mina və 19 070 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib: "Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 10 noyabr 2020-ci ildən indiyədək isə 350 nəfər mina partlayışının qurbanı olub, onlardan 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. 350 nəfər mina qurbanından 247 nəfəri məhz keçmiş təmas xəttindən kənar ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə xəsarət alıb".
ANAMA İdarə Heyətinin sədri bildirib ki, baş verən mina hadisələrinin 36 faizi azad edilən ərazilərə qanunsuz səfərlərin nəticəsidir.
O bildirib ki, mina hadisələrinin 24 faizi kənd təsərrüfatı işlərində, 21 faizi xidməti vəzifələrin icrası zamanı, 19 faizi isə infrastruktur işləri görülən zaman baş verib.
Vüqar Süleymanov deyib ki, Ermənistan təqdim etdiyi mina xəritələrini böyük təzyiqlərdən sonra verib:
"2021-ci ildə 3 mərhələdə bizə məlumat verilib. Bu yaxınlarda qarşı tərəf 8 mina xəritəsi təqdim edib. Bu formulyarlar əsasən, Kəlbəcər - Murovdağ istiqamətində idi. Biz onu da yoxladıq. Dəqiqliyi yenə çox aşağı səviyyədə idi".
Vüqar Süleymanov deyib ki, əslində təqdim olunan xəritələrdə koordinatlar, basdırılan mina sayı ilə bağlı məqamlar öz əksini tapmalı idi: "Lakin biz o məlumatları emal etdik, yerində yoxladıq. Bu emal nəticəsində məlum oldu ki, xəritənin dəqiqliyi cəmi 25 faizdir. Həmin xəritələrin böyük əksəriyyəti - 97-98 faizi 30 il olan təmas xətti ilə bağlı idi. Qeyd etməliyəm ki, statistikaya görə, mina partlaması ilə nəticələnən hadisələrin 70 faizi təmas xəttində deyil, daha içəri ərazilərdə baş verib".
İdarə Heyətinin sədri deyib ki, Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".