Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Keyfiyyətli kərə yağını necə tanıyaq? Mütəxəssis yağları analiz etdi - VİDEO

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Qida eksperti bildirib ki, hazırda satışda təbii kərə yağı adı altında bitgi yağları və spreyd yağlar satılır.
BAKI, 17 aprel — Sputnik. Sputnik Azərbaycan ölkəmizdə satılan kərə yağlarının keyfiyyətini araşdırıb. Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova Sputnik Azərbacan Multimedia Mərkəzində istehlakçılara, Sputnik Azərbaycan-ın oxucularına ev şəraitində kərə yağının keyfiyyətini necə yoxlaya biləcəklərini izah edib. Eyni zamanda o, istehlakçıların kərə yağı alarkən keyfiyyəti ilə bağlı hansı məqamlara diqqət yetirilməli olduğundan danışıb.
© Sputnik Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova
 Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova  - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova
M.Hüseynova bildirib ki, keyfiyyətli hazırlanmış kərə yağı insan orqanizmi üçün çox faydalıdır, bioloji qocalmanı belə ləngidir. Onun sözlərinə görə, orqanizmdə yağda həll olunan vitaminlər var ki, ( A vitamini, D vitamini, E və K vitaminləri) keyfiyyətli yağ qəbul etdikdə yaranır. Hazırda satışda təbii kərə yağı adı altında bitgi yağları və spreyd yağlar satılır.
Ekspert kərə yağının süd və qaymaqdan hazırlandığını söyləyib. Bildirib ki, kərə yağının keyfiyyətinə əmin olmaq üçün ilk növbədə yağın etiket məlumatları üzərində göstərilməlidir. Bundan əlavə, yağın nədən hazırlandığı, tərkibi də qablaşmanın üzərində göstərilməlidir.
O, bildirib ki, bəzən insanlar kərə yağı alarkən onun sarı rəngdə olmasına daha çox diqqət yetirirlər. Halbuki, yağın rəngi onun hansı fəsildə istehsal olunması ilə bağlıdır. Əgər yağ yaz-yay aylarında istehsal olunarsa, bu zaman rəngi sarı olur. Bu, heyvanların yaşıl otla qidalanması ilə bağlıdır. Bu zaman südün yağlılığı çox olduğundan, yağ sarı rəngdə olur.
M.Hüseynova bildirib ki, yağı ev şəraitində yoxlamaq üçün isti suya az miqdarda yağ əlavə olunur. Bu zaman yağ suda tez əriyərsə, bu, onun keyfiyyətli olduğundan xəbər verir. Bundan əlavə, əsl kərə yağı soyuducudan çıxardılaraq kəsildikdə qırılmalı, ovulmalıdır. Əgər yağ formasını itirmədən səliqəli şəkildə kəsilirsə, bu, onun keyfiyyətinin aşağı olmasını göstərir.
Qidalanma üzrə ekspert qablaşdırılmış şəkildə satılan kərə yağlarının daha keyfiyyətli olduğunu söyləyir. Bildirir ki, bu zaman həmin yağ ölkəyə idxal olunduqda kənar təsirlərə məruz qalmır. Amma böyük çəkidə idxal olunub ölkədə qablaşdırılarsa, bu zaman yağa qatqıların qatılma ehtimalı olur.
© Sputnik Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova
 Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova  - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova
M.Hüseynova onu da söyləyib ki, kərə yağı bədən temperaturu (36,6 dərəcə) olan otaqda yumşalmalıdır. Əgər yağ bərk formada qalırsa, bu onun keyfiyyətində problem olduğunu göstərir. Həmçinin ekspert kərə yağının yemək bişirilərkən yüksək temperaturda əridilməsinin onun keyfiyyətini itirməsi ilə nəticələndiyini bildirib. Məsləhət görüb ki, yeməyə yağ sonda əlavə olunsa, orqanizmə faydası daha çox olur.
Mütəxəssis onu da qeyd edib ki, keyfiyyətli kərə yağı dilin üzərinə qoyan kimi əriməlidir.
M.Hüseynova istehlakçıların spreyd yağdan istifadə etməsinin orqanizm üçün zərərli olduğunu da bildirib.
Xəbər lenti
0