https://sputnik.az/20240417/dunyada-su-catismazligi-ve-ya-sudan-zeherlenme-sebebinden-her-8-saniyede-bir-usaq-olur-463993566.html
"Dünyada su çatışmazlığı və ya sudan zəhərlənmə səbəbindən hər 8 saniyədə bir uşaq ölür"
"Dünyada su çatışmazlığı və ya sudan zəhərlənmə səbəbindən hər 8 saniyədə bir uşaq ölür"
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, gələcək nəsillərin bunlardan əziyyət çəkməməsi üçün ekoloji tǝhlükəsizlik sisteminin təmini üzrə istər siyasi, istərsə də beynəlxalq... 17.04.2024, Sputnik Azərbaycan
2024-04-17T17:49+0400
2024-04-17T17:49+0400
2024-04-17T17:49+0400
su
cəmiyyət
deputat
deputat
komitə
komitə
komitə
komitə sədri
sədr
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_0:0:3059:1722_1920x0_80_0_0_d7b803a407f2cffb708c15298969a538.jpg
BAKI, 17 aprel — Sputnik. "İqlim dəyişiklikləri təkcə ölkələrin iqtisadiyyatına, xüsusən kənd təsərrüfatına, ətraf mühitə, biomüxtəlifliyə, qlobal qida təhlükəsizliyinə və digər sahələrə zərər vurmur, eləcə də regional təhlükəsizlik sisteminə mənfi təsir göstərir". Bu sözləri Milli Məclisin Energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov aprelin 17-də parlamentdə keçirilən "Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində" mövzusunda birgə ictimai dinləmədə deyib. O bildirib ki, getdikcə intensivliyi artan fırtına və sellər, burulğanlar yerli infrastrukturu, evləri məhv edir, dəniz səviyyəsinin yüksəlməsi isə nəticədə tamamilə su altında qala biləcək kiçik ada dövlətlərinin, bir sıra sahilboyu ölkələrin mövcudluğunu təhlükə altına salır: "Bu da iqlim dəyişikliklərinin qlobal təhlükəsizlik sisteminə, insan haqlarına, beynəlxalq hüquqa aid məsələlərə də təsir göstərmiş olması anlamına gəlir". Komitə sədri bildirib ki, bu mənfi təsirlərin ölkələrarası münasibətlərin gərginləşməsi, münaqişələrin meydana gəlməsi ilə müşayiət olunma ehtimalı da var: "Belə ki, həmsərhəd qonşu ölkələrdə su, meşə, qida, balıq ehtiyatlarının müştərək istifadəsi məsələlərində gərginlik yarana bilər. Gələcək nəsillərin bunlardan əziyyət çəkməməsi üçün ekoloji tǝhlükəsizlik sisteminin təmini üzrə istər siyasi, istərsə də beynəlxalq hüquq baxımından yeni vəzifələr barədə düşünülməlidir. Dünyanın sabahının necə olacağı yalnız bizdən asılıdır və bunu hər kəs dərk etməlidir". "Bu gün dünyada su çatışmazlığından və ya sudan zəhərlənmədən hər 8 saniyədə bir uşaq ölür", - S.Qurbanov əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_208:0:2939:2048_1920x0_80_0_0_4edc9b59af318e6729fe88d91b403204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, deputat, deputat, komitə, komitə, komitə, komitə sədri, sədr, milli məclis, milli məclis
su, deputat, deputat, komitə, komitə, komitə, komitə sədri, sədr, milli məclis, milli məclis
"Dünyada su çatışmazlığı və ya sudan zəhərlənmə səbəbindən hər 8 saniyədə bir uşaq ölür"
Komitə sədri bildirib ki, gələcək nəsillərin bunlardan əziyyət çəkməməsi üçün ekoloji tǝhlükəsizlik sisteminin təmini üzrə istər siyasi, istərsə də beynəlxalq hüquq baxımından yeni vəzifələr barədə düşünülməlidir.
BAKI, 17 aprel — Sputnik. "İqlim dəyişiklikləri təkcə ölkələrin iqtisadiyyatına, xüsusən kənd təsərrüfatına, ətraf mühitə, biomüxtəlifliyə, qlobal qida təhlükəsizliyinə və digər sahələrə zərər vurmur, eləcə də regional təhlükəsizlik sisteminə mənfi təsir göstərir".
Bu sözləri Milli Məclisin Energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov aprelin 17-də parlamentdə keçirilən "Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində" mövzusunda birgə ictimai dinləmədə deyib.
O bildirib ki, getdikcə intensivliyi artan fırtına və sellər, burulğanlar yerli infrastrukturu, evləri məhv edir, dəniz səviyyəsinin yüksəlməsi isə nəticədə tamamilə su altında qala biləcək kiçik ada dövlətlərinin, bir sıra sahilboyu ölkələrin mövcudluğunu təhlükə altına salır: "Bu da iqlim dəyişikliklərinin qlobal təhlükəsizlik sisteminə, insan haqlarına, beynəlxalq hüquqa aid məsələlərə də təsir göstərmiş olması anlamına gəlir".
Komitə sədri bildirib ki, bu mənfi təsirlərin ölkələrarası münasibətlərin gərginləşməsi, münaqişələrin meydana gəlməsi ilə müşayiət olunma ehtimalı da var: "Belə ki, həmsərhəd qonşu ölkələrdə su, meşə, qida, balıq ehtiyatlarının müştərək istifadəsi məsələlərində gərginlik yarana bilər. Gələcək nəsillərin bunlardan əziyyət çəkməməsi üçün ekoloji tǝhlükəsizlik sisteminin təmini üzrə istər siyasi, istərsə də beynəlxalq hüquq baxımından yeni vəzifələr barədə düşünülməlidir. Dünyanın sabahının necə olacağı yalnız bizdən asılıdır və bunu hər kəs dərk etməlidir".
"Bu gün dünyada su çatışmazlığından və ya sudan zəhərlənmədən hər 8 saniyədə bir uşaq ölür", - S.Qurbanov əlavə edib.