https://sputnik.az/20240417/bu-il-hansi-qruplarda-kecid-ballari-yukselecek-463994443.html
Bu il hansı qruplarda keçid balları yüksələcək?
Bu il hansı qruplarda keçid balları yüksələcək?
Sputnik Azərbaycan
Ramin Nurəliyev deyir ki, keçirilmiş iki buraxılış imtahanlarında bu il maksimal bal toplayan şagirdlərin sayının ümumilikdə 50-dən çox olması müsabiqənin... 17.04.2024, Sputnik Azərbaycan
2024-04-17T22:07+0400
2024-04-17T22:07+0400
2024-04-17T22:07+0400
keçid balı
təhsil
qrup
ekspert
abituriyentlər
buraxılış imtahanları
buraxılış imtahanları
https://cdnn1.img.sputnik.az/img/41883/61/418836111_0:104:2000:1229_1920x0_80_0_0_2d48151429101850a500b89fd42b9db8.jpg
BAKI, 17 aprel — Sputnik. Bu il 10 mart tarixində keçirilən buraxılış imtahanın nəticələrinə əsasən 39 nəfər 300 bal toplayaraq maksimal nəticə göstərib. Bu isə Azərbaycan tarixində qeydə alınan rekord nəticədir. 39 nəfərin maksimum bal toplaması ali məktəblərə qəbul imtahanlarında keçid ballarının yüksələcəyi barədə iddiala səbəb olub. Təhsil üzrə ekspert Ramin Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, keçirilmiş iki buraxılış imtahanlarında bu il maksimal bal toplayan şagirdlərin sayının ümumilikdə 50-dən çox olması müsabiqənin çətin olacağından xəbər verir. "Xüsusilə 5-ci ixtisas qrupu üzrə və kolleclərə qəbulda müsabiqə vəziyyəti əvvəlki illərə nisbətən çətin olacaq. Çünki, 5-ci ixtisas qrupunda abituriyentlər qabiliyyət imtahan nəticələri və buraxılış imtahanında topladığı bala görə müsabiqəyə buraxılır. Kolleclərə qəbul isə buraxılış imtahan nəticəsinə uyğun aparılır. Bu da o deməkdir ki, bu il keçid balları yüksələcək. Keçid ballarının nə qədər yüksələcəyini indidən söyləmək çətin olsa da, nəzərə almaq lazımdır ki, bu il buraxılış imtahanlarında 200 bal toplayanların sayı çoxdur. Bu isə onu deməyə əsas verir ki, ötən il 90 balla kolleclərə qəbul mümkün idisə, bu il kolleclərə qəbul balları 150-dən yuxarı olacaq. Həmçinin ötən il 100 balla 5-ci qrupa qəbul mümkün idisə, bu il keçid balının 150-ə qalxacağı ehtimal olunur", - Ramin Nurəliyev bildirib. Ekspert deyir ki, burada qabiliyyət imtahanının da rolu böyükdür. Digər qruplarda isə keçid balları blok imtahanlarının sualarının necə olacağından asılıdır: "Bu il blok imtahan sualları asan olarsa keçid balları daha çox qalxacaq. Ötən ilki kimi olarsa yenə keçid ballarının yüksələcəyi qaçılmazdır. Amma yekun fikiri statistika açıqlandıqdan sonra demək olar. Bununla belə ehtimallar keçid ballarının yüksələcəyini göstərir. Bu il abituriyentlər üçün çox gərgin müsabiqə vəziyyəti yaranacaq". Qeyd edək ki, tam orta (11 illik) təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə görə 53 şagird maksimum - 300 balı toplayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41883/61/418836111_112:0:1889:1333_1920x0_80_0_0_05df2d4dedc0de7f0a385da47be2fc45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
keçid balı, qrup, ekspert, abituriyentlər, buraxılış imtahanları, buraxılış imtahanları
keçid balı, qrup, ekspert, abituriyentlər, buraxılış imtahanları, buraxılış imtahanları
Bu il hansı qruplarda keçid balları yüksələcək?
Ramin Nurəliyev deyir ki, keçirilmiş iki buraxılış imtahanlarında bu il maksimal bal toplayan şagirdlərin sayının ümumilikdə 50-dən çox olması müsabiqənin çətin olacağından xəbər verir.
BAKI, 17 aprel — Sputnik. Bu il 10 mart tarixində keçirilən buraxılış imtahanın nəticələrinə əsasən 39 nəfər 300 bal toplayaraq maksimal nəticə göstərib. Bu isə Azərbaycan tarixində qeydə alınan rekord nəticədir. 39 nəfərin maksimum bal toplaması ali məktəblərə qəbul imtahanlarında keçid ballarının yüksələcəyi barədə iddiala səbəb olub.
Təhsil üzrə ekspert Ramin Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, keçirilmiş iki buraxılış imtahanlarında bu il maksimal bal toplayan şagirdlərin sayının ümumilikdə 50-dən çox olması müsabiqənin çətin olacağından xəbər verir.
"Xüsusilə 5-ci ixtisas qrupu üzrə və kolleclərə qəbulda müsabiqə vəziyyəti əvvəlki illərə nisbətən çətin olacaq. Çünki, 5-ci ixtisas qrupunda abituriyentlər qabiliyyət imtahan nəticələri və buraxılış imtahanında topladığı bala görə müsabiqəyə buraxılır. Kolleclərə qəbul isə buraxılış imtahan nəticəsinə uyğun aparılır. Bu da o deməkdir ki, bu il keçid balları yüksələcək. Keçid ballarının nə qədər yüksələcəyini indidən söyləmək çətin olsa da, nəzərə almaq lazımdır ki, bu il buraxılış imtahanlarında 200 bal toplayanların sayı çoxdur. Bu isə onu deməyə əsas verir ki, ötən il 90 balla kolleclərə qəbul mümkün idisə, bu il kolleclərə qəbul balları 150-dən yuxarı olacaq. Həmçinin ötən il 100 balla 5-ci qrupa qəbul mümkün idisə, bu il keçid balının 150-ə qalxacağı ehtimal olunur", - Ramin Nurəliyev bildirib.
Ekspert deyir ki, burada qabiliyyət imtahanının da rolu böyükdür. Digər qruplarda isə keçid balları blok imtahanlarının sualarının necə olacağından asılıdır: "Bu il blok imtahan sualları asan olarsa keçid balları daha çox qalxacaq. Ötən ilki kimi olarsa yenə keçid ballarının yüksələcəyi qaçılmazdır. Amma yekun fikiri statistika açıqlandıqdan sonra demək olar. Bununla belə ehtimallar keçid ballarının yüksələcəyini göstərir. Bu il abituriyentlər üçün çox gərgin müsabiqə vəziyyəti yaranacaq".
Qeyd edək ki, tam orta (11 illik) təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə görə 53 şagird maksimum - 300 balı toplayıb.