https://sputnik.az/20240417/azerbaycan-bes-prinsip-teklif-edir-ermenistan-ucu-esasinda-sulhe-hazirdir-463970155.html
Azərbaycan beş prinsip təklif edir, Ermənistan üçü əsasında sülhə hazırdır
Azərbaycan beş prinsip təklif edir, Ermənistan üçü əsasında sülhə hazırdır
Sputnik Azərbaycan
Millət vəkili hesab edir ki, Ermənistan tərəfinin sülh sazşi ilə bağlı açıqlamaları əslində reallıqdan uzaq fikirlərdir. 17.04.2024, Sputnik Azərbaycan
2024-04-17T11:00+0400
2024-04-17T11:00+0400
2024-04-17T10:31+0400
ermənistan
təhlil
arzu nağıyev
politoloq arzu nağıyev
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_0:149:3112:1900_1920x0_80_0_0_cfa2a91f74814c3ef53a122bc68212a4.jpg
BAKI, 17 aprel — Sputnik. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfəri çərçivəsində bu ölkənin baş naziri Nikol Paşinyanla görüşüb. Qazaxıstan lideri Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib. Eyni zamanda Ermənistan baş naziri də davam edən sülh prosesi ilə bağlı vəziyyəti açıqlayıb. Paşinyan bildirib ki, Ermənistan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır. Hökumət başçısı bildirib ki, təklif etdikləri "Sülh kəsişməsi" layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər. Azərbaycanın Ermənistana təklif etdiyi beş baza prinsiplərində isə bunlar əks olunub: - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; - Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; - Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; - Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; - Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Bəs Paşinyanın nəzərdə tutduğu o üç prinsip hansılardır? "Sülh kəsişməsi" layihəsi regionda vəziyyəti dəyişə bilərmi? Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Samir Hümbətov Sputnik Azərbaycan-la fikirlərini bölüşüblər. Millət vəkili Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın əsas məqsədi Rusiyanı və dəhliz məsələsini aradan qaldırmaqdır: "Çünki təqdim olunan "Sülh kəsişməsi" layihəsi bütün tərəflərə kommunikasiyaları açmağı və logistikanı həyata keçirməyi nəzərdə tuturdu. Amma burada nəzərdə tutulan bütün fəaliyyətlərdə Rusiya təcrid olunmalı idi. Təbii ki, Ermənistan rəhbərliyinə bu ağlı verənlər də Qərb siyasi texnoloqları idi. Azərbaycanın nəqliyyat dəhlizləri ilə bağlı tələbləri konkretdir. Naxçıvanla Azərbaycan arasında yol açılmalıdır. Ermənistan Zəngəzur dəhlizi ideyasından qorxuya düşür, halbuki burada qorxulu nəsə yoxdur". Millət vəkili hesab edir ki, Ermənistan tərəfinin sülh sazişi ilə bağlı açıqlamaları əslində reallıqdan uzaq fikirlərdir: "Ermənistan rəsmilərinin xoşagəlməz bir adəti var. Onlar ictimai çıxışlarında özlərini sülhpərvər kimi göstərsələr də, diplomatik masada dediklərindən boyun qaçırırlar. Hətta Qərbdən aldıqları dəstək fonun üzərlərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınırlar. Azərbaycan tərəfi Ermənistan rəsmilərinin açıqlamasının arxasında nə dayandığını yaxşı başa düşür. Ermənistan tərəfini Zəngəzur dəhlizi ilə bağlı qorxudan məqam nə ola bilər ki? Ermənistanın Türkiyə və İranla olan sərhədlərinin təhlükəsizliyini Rusiya tərəfi təmin edir. Zəngəzur dəhlizini də Rusiya hərbçiləri qoruya bilər. Aydındır ki, Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı yalanları əslində Rusiyasız hərəkət etmək niyyətindən qaynaqlanır". Arzu Nağıyev qeyd edir ki, Azərbaycan üçün prioritet istiqamət kommunikasiyaların açılmasıdır:"Azərbaycan sülh gündəliyi ilə bağlı prinsiplərini açıq şəkildə bəyan edib. Ermənistanın bu müzakirələrdə hansısa prinsipləri sıradan çıxarmaq cəhdləri bizim tərəfimizdən qəbuledilməzdir. Bu gün Ermənistan hakimiyyəti xarici qüvvələrin diktəsi altında siyasət həyata keçirərək, ixtiyarlarının özlərində olmadığını aşkar şəkildə göstərirlər. "Sülh kəsişməsi" layihəsi də Ermənistan hakimiyyətinin piar kampaniyasından başqa bir şey deyil". Politoloq Samir Hümbətov isə vurğulayıb ki, Nikol Paşinyan yeni bir şey təqdim etmir: "Ermənistan tərəfi Azərbaycanın təkliflərini yenidən təqdim edir. Azərbaycan tərəfi sülh gündəliyi ilə bağlı irəli sürdüyü baza prinsiplərində Ermənistanın istədiyi şeylər var. Paşinyanın bu cür çıxışlar etməsi, əslində manipulyasiya xarakteri daşıyır. Ermənistan siyasi rəhbərliyi beynəlxalq birlik və region ölkələri qarşısında manipulyasiya etməklə məşğuldur. Məsələni daha dəqiq şəkildə analiz etdikdə görürük ki, bu təkliflər sadəcə görüntü xarakteri yaratmaq üçündür. Ermənistan sülh müqaviləsinin qısa müddətdə imzalanmasını yubatmaq məqsədilə bu cür addımlar atır. Təbii ki, bu, bizim üçün qəbuledilməzdir. Sülhün gecikməsi nə Azərbaycanın, nə də regionumuzun maraqlarına xidmət etmir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621922_191:0:2922:2048_1920x0_80_0_0_a4b90ceff2ba836bb03bcd809fc0b743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, arzu nağıyev, politoloq arzu nağıyev, ermənistanın baş naziri nikol paşinyan
ermənistan, arzu nağıyev, politoloq arzu nağıyev, ermənistanın baş naziri nikol paşinyan
Azərbaycan beş prinsip təklif edir, Ermənistan üçü əsasında sülhə hazırdır
Millət vəkili hesab edir ki, Ermənistan tərəfinin sülh sazşi ilə bağlı açıqlamaları əslində reallıqdan uzaq fikirlərdir.
BAKI, 17 aprel — Sputnik. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfəri çərçivəsində bu ölkənin baş naziri Nikol Paşinyanla görüşüb. Qazaxıstan lideri Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib.
Eyni zamanda Ermənistan baş naziri də davam edən sülh prosesi ilə bağlı vəziyyəti açıqlayıb. Paşinyan bildirib ki, Ermənistan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır. Hökumət başçısı bildirib ki, təklif etdikləri "Sülh kəsişməsi" layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər.
Azərbaycanın Ermənistana təklif etdiyi beş baza prinsiplərində isə bunlar əks olunub:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Bəs Paşinyanın nəzərdə tutduğu o üç prinsip hansılardır? "Sülh kəsişməsi" layihəsi regionda vəziyyəti dəyişə bilərmi?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Samir Hümbətov Sputnik Azərbaycan-la fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın əsas məqsədi Rusiyanı və dəhliz məsələsini aradan qaldırmaqdır:
"Çünki təqdim olunan "Sülh kəsişməsi" layihəsi bütün tərəflərə kommunikasiyaları açmağı və logistikanı həyata keçirməyi nəzərdə tuturdu. Amma burada nəzərdə tutulan bütün fəaliyyətlərdə Rusiya təcrid olunmalı idi. Təbii ki, Ermənistan rəhbərliyinə bu ağlı verənlər də Qərb siyasi texnoloqları idi. Azərbaycanın nəqliyyat dəhlizləri ilə bağlı tələbləri konkretdir. Naxçıvanla Azərbaycan arasında yol açılmalıdır. Ermənistan Zəngəzur dəhlizi ideyasından qorxuya düşür, halbuki burada qorxulu nəsə yoxdur".
Millət vəkili hesab edir ki, Ermənistan tərəfinin sülh sazişi ilə bağlı açıqlamaları əslində reallıqdan uzaq fikirlərdir:
"Ermənistan rəsmilərinin xoşagəlməz bir adəti var. Onlar ictimai çıxışlarında özlərini sülhpərvər kimi göstərsələr də, diplomatik masada dediklərindən boyun qaçırırlar. Hətta Qərbdən aldıqları dəstək fonun üzərlərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınırlar. Azərbaycan tərəfi Ermənistan rəsmilərinin açıqlamasının arxasında nə dayandığını yaxşı başa düşür. Ermənistan tərəfini Zəngəzur dəhlizi ilə bağlı qorxudan məqam nə ola bilər ki? Ermənistanın Türkiyə və İranla olan sərhədlərinin təhlükəsizliyini Rusiya tərəfi təmin edir. Zəngəzur dəhlizini də Rusiya hərbçiləri qoruya bilər. Aydındır ki, Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı yalanları əslində Rusiyasız hərəkət etmək niyyətindən qaynaqlanır".
Arzu Nağıyev qeyd edir ki, Azərbaycan üçün prioritet istiqamət kommunikasiyaların açılmasıdır:
"Azərbaycan sülh gündəliyi ilə bağlı prinsiplərini açıq şəkildə bəyan edib. Ermənistanın bu müzakirələrdə hansısa prinsipləri sıradan çıxarmaq cəhdləri bizim tərəfimizdən qəbuledilməzdir. Bu gün Ermənistan hakimiyyəti xarici qüvvələrin diktəsi altında siyasət həyata keçirərək, ixtiyarlarının özlərində olmadığını aşkar şəkildə göstərirlər. "Sülh kəsişməsi" layihəsi də Ermənistan hakimiyyətinin piar kampaniyasından başqa bir şey deyil".
Politoloq Samir Hümbətov isə vurğulayıb ki, Nikol Paşinyan yeni bir şey təqdim etmir:
"Ermənistan tərəfi Azərbaycanın təkliflərini yenidən təqdim edir. Azərbaycan tərəfi sülh gündəliyi ilə bağlı irəli sürdüyü baza prinsiplərində Ermənistanın istədiyi şeylər var. Paşinyanın bu cür çıxışlar etməsi, əslində manipulyasiya xarakteri daşıyır. Ermənistan siyasi rəhbərliyi beynəlxalq birlik və region ölkələri qarşısında manipulyasiya etməklə məşğuldur.
Məsələni daha dəqiq şəkildə analiz etdikdə görürük ki, bu təkliflər sadəcə görüntü xarakteri yaratmaq üçündür. Ermənistan sülh müqaviləsinin qısa müddətdə imzalanmasını yubatmaq məqsədilə bu cür addımlar atır. Təbii ki, bu, bizim üçün qəbuledilməzdir. Sülhün gecikməsi nə Azərbaycanın, nə də regionumuzun maraqlarına xidmət etmir".