Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AİK Aİİ ölkələri üçün qiymətli metalların idxalını və ixracını sadələşdirib

© Sputnik / Илья Наймушин / Mediabanka keçidQızıl külçəsi
Qızıl külçəsi - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Söhbət qiymətli metalların çəkisinin 2%-dən çox olmayan malların tənzimləmədən çıxarılmasından gedir.
BAKI, 17 aprel — Sputnik. Avrasiya İqtisadi Komissiyasının kollegiyası qiymətli metalların bəzi kateqoriyalarının idxalı və ixracının tənzimlənməsi ilə bağlı dəyişikliklər edilməsi barədə qərar qəbul edib, kollegiyanın məlumatında deyilir.
“Avrasiya İqtisadi Komissiyasının Kollegiyası qiymətli metalların və tərkibində qiymətli metallar olan xammalın idxalı/ixracı məsələlərinin tənzimlənməsi ilə bağlı dəyişikliklər edib”, - məlumatda qeyd olunur.
Bundan əlavə, dəyişikliklər qiymətli metalların bəzi kateqoriyalarının idxalının və ixracının liberallaşdırılmasına, dövlət nəzarətindən keçməsinin sadələşdirilməsinə, xarici ticarət fəaliyyəti iştirakçılarının dövlət orqanlarına təqdim etdikləri sənədlərin siyahısının optimallaşdırılmasına, habelə eyni mallara vahid qeyri-tarif tənzimləmə tədbirlərinin tətbiqinə yönəlib.

“Söhbət qiymətli metalların çəkisi 2%-dən çox olmayan malların tənzimləmədən çıxarılmasından gedir”, - məlumatda deyilir.

Həmçinin göstərilir ki, sənədlərin elektron formada qəbulu mümkünlüyü nəzərə alınmaqla dövlət nəzarəti üçün sənədlərin əsli əvəzinə surətlərinin (ixrac lisenziyası, malların spesifikasiyası) təqdim edilməsinə icazə verilir.
“Bundan əlavə, gömrük ərazisindən kənarda emal üçün gömrük prosedurunun tətbiqinin məqsədi malların təmiri və bir sıra hallarda, Aİİ-nin gömrük ərazisindən kənarda emal şərtləri haqqında sənədin mövcudluğuna dair tələblər istisna edilir. digər dəyişikliklər edilir”, - məlumatda qeyd edilir.
Qəbul edilmiş qərar rəsmi dərc edildiyi gündən 30 təqvim günü sonra qüvvəyə minir.
Xəbər lenti
0