https://sputnik.az/20240417/abs-defoltdan-qorxaraq-yeni-munaqiseleri-guclendirmeye-davam-edecek-463958579.html
ABŞ defoltdan qorxaraq yeni münaqişələri gücləndirməyə davam edəcək
ABŞ defoltdan qorxaraq yeni münaqişələri gücləndirməyə davam edəcək
Sputnik Azərbaycan
Birləşmiş Ştatlar artan milli borc səbəbindən öz fövqəldövlət statusunu itirmək riski ilə üzləşib. 17.04.2024, Sputnik Azərbaycan
2024-04-17T08:35+0400
2024-04-17T08:35+0400
2024-04-17T08:35+0400
abş
dünya xəbərləri
vyaçeslav volodin
rusiya dövlət duması
defolt
abş-ın maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690700_0:171:3034:1878_1920x0_80_0_0_8a14cca33513832d9cd8ab455011039e.jpg
BAKI, 17 aprel — Sputnik. ABŞ dövlət borcunun artması səbəbindən iqtisadiyyatını defoltdan xilas etmək üçün yeni hərbi münaqişələri qızışdırmaqda davam edəcək. Bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Siyasətçi özünün "Telegram" kanalında ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinad edərək, martda ölkənin büdcə kəsirinin 236 milyard dollar təşkil etdiyini göstərib. Büdcənin, təxminən 28%-i dövlət borcuna gedir ki, bu da 34 trilyon dollardan çoxdur. "Xidmət xərcləri ən problemli xərc maddəsinə çevrilib: yaxın gələcəkdə faiz ödənişlərinin məbləği ABŞ büdcə gəlirlərinin üçdə birini təşkil edəcək" - Volodin qeyd edib. Bundan əvvəl "The American Spectator" jurnalı öz məqaləsində qeyd edib ki, Birləşmiş Ştatlar artan milli borc səbəbindən öz fövqəldövlət statusunu itirmək riski ilə üzləşib və ABŞ-ın mövcud iqtisadi vəziyyəti dəyişə biləcək "inandırıcı lider"ə ehtiyacı var. Xatırladaq ki, konqresin Büdcə Ofisi ABŞ-ın milli borcunun 2034-cü ilin sonuna qədər ÜDM-in 116%-nə, 2054-cü ilə qədər isə ÜDM-in 174%-nə çatacağını ehtimal edir. 2024-cü ilin yanvarında ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690700_153:0:2882:2047_1920x0_80_0_0_7407697d97a8bc85111d79fa30202b3e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, vyaçeslav volodin, rusiya dövlət duması, defolt, abş-ın maliyyə nazirliyi
abş, vyaçeslav volodin, rusiya dövlət duması, defolt, abş-ın maliyyə nazirliyi
ABŞ defoltdan qorxaraq yeni münaqişələri gücləndirməyə davam edəcək
Birləşmiş Ştatlar artan milli borc səbəbindən öz fövqəldövlət statusunu itirmək riski ilə üzləşib.
BAKI, 17 aprel — Sputnik. ABŞ dövlət borcunun artması səbəbindən iqtisadiyyatını defoltdan xilas etmək üçün yeni hərbi münaqişələri qızışdırmaqda davam edəcək.
Bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Siyasətçi özünün "Telegram" kanalında ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinad edərək, martda ölkənin büdcə kəsirinin 236 milyard dollar təşkil etdiyini göstərib. Büdcənin, təxminən 28%-i dövlət borcuna gedir ki, bu da 34 trilyon dollardan çoxdur.
"Xidmət xərcləri ən problemli xərc maddəsinə çevrilib: yaxın gələcəkdə faiz ödənişlərinin məbləği ABŞ büdcə gəlirlərinin üçdə birini təşkil edəcək" - Volodin qeyd edib.
Bundan əvvəl "The American Spectator" jurnalı öz məqaləsində qeyd edib ki, Birləşmiş Ştatlar artan milli borc səbəbindən öz fövqəldövlət statusunu itirmək riski ilə üzləşib və ABŞ-ın mövcud iqtisadi vəziyyəti dəyişə biləcək "inandırıcı lider"ə ehtiyacı var.
Xatırladaq ki, konqresin Büdcə Ofisi ABŞ-ın milli borcunun 2034-cü ilin sonuna qədər ÜDM-in 116%-nə, 2054-cü ilə qədər isə ÜDM-in 174%-nə çatacağını ehtimal edir. 2024-cü ilin yanvarında ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb.