DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ rəsmiləri Ursula fon der Lyayenin yenidən seçilməsinə şübhə ilə yanaşırlar

© AP Photo / Markus SchreiberUrsula Fon der Lyayen, arxiv şəkli
Ursula Fon der Lyayen, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Avropa Komissiyasının rəhbəri qərarları Aİ-yə üzv dövlətlərlə lazımi məsləhətləşmə aparmadan birtərəfli qaydada qəbul edir.
BAKI, 17 aprel — Sputnik. Aİ rəsmiləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ikinci müddətə yenidən seçilməsinə şübhə ilə yanaşırlar.
Bu barədə AK-dəki mənbələrə istinadən "Politico" məlumat yayıb.
"Bu, hamımızı dəli edir. Əgər o, daha bir müddət qalarsa, binanın içindən aydın siqnal gələcək ki, hər şey dəyişməlidir" - Avropa rəsmisi bildirib.
Digər yüksək rütbəli məmur hesab edir ki, Avropa Komissiyasının rəhbəri qərarları Aİ-yə üzv dövlətlərlə lazımi məsləhətləşmədən birtərəfli qaydada qəbul edir.
Bir fransız diplomatı "Politico"ya bildirib ki, Prezident Emmanuel Makron fon der Lyayenin davranışından narazıdır. Fransa onun Qəzza zolağı ilə bağlı bəyanatını "seçkiqabağı piar" kimi qiymətləndirib.
Xatırladaq ki, fevral ayında Ursula von der Lyayen ikinci müddətə namizəd olmaq üçün "qəsdən və şüurlu" qərar verdiyini söyləyib. O, çıxışında xatırladıb ki, o, ilk dəfə 5 il əvvəl Aİ rəhbəri olmaq qərarına gəlib.
Xəbər lenti
0