CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir yaxalandı

© Sputnik / Anar MustafayevDİN-nin binası
DİN-nin binası - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
Onlar ayrı-ayrı şəxslərə və şirkətlərə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlmək, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.
BAKI, 16 aprel - Sputnik. Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, "Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib:
"Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər".
Qeyd edilib ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlmək, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.
Xəbər lenti
0