CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 16 aprel – FOTO

© Sputnik / Elnur Salayev16 апреля
16 апреля - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 16 aprel — Sputnik. Aprelin 16-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 16-da kimlər dünyaya gəlib?
Qəmbər Hüseynli (1916 – 1961) - Azərbaycan SSR əməkdar incəsənət xadimi və bəstəkardır. O, məşhur "Cücələrim" uşaq mahnısının müəllifidir.
© Photo : Public DomenQəmbər Hüseynli
Qəmbər Hüseynli  - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Qəmbər Hüseynli
Ramiz Mirişli (1934-2015) - Azərbaycan SSR xalq artisti və bəstəkardır. Onun ən məşhur mahnıları "Gülsarə", "Salam, Kür çayı", "Səni tapdım", "Bayram axşamları" musiqiləridir.
© Photo : Public DomenRamiz Mirişli
Ramiz Mirişli  - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Ramiz Mirişli
Çarli Çaplin (1889-1977) – ABŞ və İngiltərə aktyoru, kinorejissoru və bəstəkardır. O, universal kino ustası və dünya kinosunun ən məşhur obrazlarından birinin - Çarli obrazının yaradıcısıdır.
© AP PhotoÇarli Çaplin
Çarli Çaplin - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Çarli Çaplin
Henri Mançini (1924-1994) - amerikalı dirijor və kino bəstəkarıdır. O, 500-ə yaxın film və televiziya serialına musiqi yazıb, 90 albom buraxıb və bəstələdiyi musiqiyə görə dörd "Oskar" mükafatı alıb.
Aprelin 16-da dünyada baş verən tarixi hadisələr
1618-ci ildə ingilis alimi və həkimi Vilyam Harvey ilk dəfə insan orqanizmində qan dövranı sisteminə dair yeni fikrini irəli sürüb.
© AFP 2023 / ISSOUF SANOGOQan
Пакеты с человеческой кровью, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Qan
1964-cü ildə amerikalı pilot Ceraldine Mok Qərbi Almaniyaya eniş edərək dünya ətrafında uçan ilk qadın olub.
2014-cü ildə Bakıda Milli Gimnastika Arenasının açılışı olub. Kompleks doqquz min yer üçün nəzərdə tutulub. Arenada bədii gimnastika, kişilər arasında bədii gimnastika və akrobatika üzrə komandalar məşq edirlər.
© Photo : MGA-nın rəsmi saytıMilli Gimnastika Arenası, arxiv şəkli
Milli Gimnastika Arenası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Milli Gimnastika Arenası, arxiv şəkli
2014-cü ildə Cənubi Koreyanın "Sevol" bərəsi Cənubi Koreyanın cənub-qərb sahillərində qəzaya uğrayıb. Qəza zamanı bərədə 476 nəfər olub. Sərnişinlərin əksəriyyəti Ceju kurort adasına səyahət edən tələbələr olub. Qəza nəticəsində ölənlərin sayı 304 nəfər təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0