https://sputnik.az/20240416/svecre-rusiyanin-dondurulmus-aktivlerinin-axtarisinda-g7-ye-komek-etmeyecek-463958298.html
İsveçrə Rusiyanın dondurulmuş aktivlərinin axtarışında G7-yə kömək etməyəcək
İsveçrə Rusiyanın dondurulmuş aktivlərinin axtarışında G7-yə kömək etməyəcək
Sputnik Azərbaycan
Ölkənin ən böyük partiyası olan İsveçrə Xalq Partiyasının nümayəndələri, həmçinin ölkənin suverenliyinin vacibliyinə də diqqət çəkiblər. 16.04.2024, Sputnik Azərbaycan
2024-04-16T23:59+0400
2024-04-16T23:59+0400
2024-04-16T23:59+0400
rusiya
dünya xəbərləri
isveçrə
bank hesabının dondurulması
aktiv
g7
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461678265_0:0:3072:1728_1920x0_80_0_0_90271b32a7297b8d23dc6c55a9b8d5fb.jpg
BAKI, 16 aprel — Sputnik. Ölkənin ən böyük partiyası olan İsveçrə Xalq Partiyası (İXP) dövlətin Rusiyanın suveren aktivlərinin tapılması və dondurulması səylərində G7 ölkələrinə qoşulmasına qarşı çıxıb. Bu barədə partiyanın mətbuat xidmətinin bəyanatında deyilir. Əvvəllər İsveçrə Xalq Partiyası REPO-da (Rusiya Elitləri, Proksilər və Oliqarxlar) iştirak etməyə dəvət olunurdu. Partiya bu "işgüzar qrupa" qoşulmağın İsveçrənin neytrallığı ilə bir araya sığmadığını qeyd edərək təklifi rədd edib. İXP nümayəndələri, həmçinin ölkənin suverenliyinin vacibliyinə də diqqət çəkiblər. Partiya NATO ölkələrinin hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniyanın 2022-ci ildə təklif etdiyi "Avropa Göy Qalxanı" təşəbbüsündə iştirakın əleyhinədir. Kreml rəsmisi Dmitri Peskov "aif.ru"ya bildirib ki, Moskva Avropa Birliyinin Ukraynanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə maliyyələşdirmək cəhdlərinə bu və ya digər şəkildə cavab verəcək. "Reuters" agentliyi yazıb ki, Rusiyanın cavabı Avropanın əsas qiymətli kağız depozitarisi olan Euroclear platformasının iflasına səbəb ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461678265_341:0:3072:2048_1920x0_80_0_0_26aec6be9101fd48db2eea97e500375e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, isveçrə, bank hesabının dondurulması, aktiv, g7
rusiya, isveçrə, bank hesabının dondurulması, aktiv, g7
İsveçrə Rusiyanın dondurulmuş aktivlərinin axtarışında G7-yə kömək etməyəcək
Ölkənin ən böyük partiyası olan İsveçrə Xalq Partiyasının nümayəndələri, həmçinin ölkənin suverenliyinin vacibliyinə də diqqət çəkiblər.
BAKI, 16 aprel — Sputnik. Ölkənin ən böyük partiyası olan İsveçrə Xalq Partiyası (İXP) dövlətin Rusiyanın suveren aktivlərinin tapılması və dondurulması səylərində G7 ölkələrinə qoşulmasına qarşı çıxıb.
Bu barədə partiyanın mətbuat xidmətinin bəyanatında deyilir.
Əvvəllər İsveçrə Xalq Partiyası REPO-da (Rusiya Elitləri, Proksilər və Oliqarxlar) iştirak etməyə dəvət olunurdu. Partiya bu "işgüzar qrupa" qoşulmağın İsveçrənin neytrallığı ilə bir araya sığmadığını qeyd edərək təklifi rədd edib.
İXP nümayəndələri, həmçinin ölkənin suverenliyinin vacibliyinə də diqqət çəkiblər. Partiya NATO ölkələrinin hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniyanın 2022-ci ildə təklif etdiyi "Avropa Göy Qalxanı" təşəbbüsündə iştirakın əleyhinədir.
Kreml rəsmisi Dmitri Peskov "aif.ru"ya bildirib ki, Moskva Avropa Birliyinin Ukraynanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə maliyyələşdirmək cəhdlərinə bu və ya digər şəkildə cavab verəcək.
"Reuters" agentliyi yazıb ki, Rusiyanın cavabı Avropanın əsas qiymətli kağız depozitarisi olan Euroclear platformasının iflasına səbəb ola bilər.