DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaporojye AES-də MAQATE müfəttişlərinin növbəti rotasiyası baş tutub

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidZaporojye AES-in binası
Zaporojye AES-in binası - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
Yuri Çerniçuk qeyd edib ki, Zaporojye AES-də xüsusilə indi, düşmən tərəfindən stansiya ətrafında vəziyyətin gərginləşməsi fonunda mütəxəssislərin olması stansiyanın təhlükəsizliyinin təmin edilməsində müsbət amildir.
BAKI, 16 aprel — Sputnik. Zaporojye atom elektrik stansiyasında (AES) Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişlərinin 18-ci rotasiyası baş tutub. Bu barədə Zaporojye AES-in rəsmi "Telegram" kanalı məlumat yayıb.
18-ci komandanın tərkibində Finlandiya, Pakistan və Cənubi Afrikadan olan dörd müfəttiş var. Onların funksiyaları eyni olaraq qalır - stansiyanın təhlükəsizlik vəziyyətini müşahidə etmək və qiymətləndirmək.
"Zaporojye AES-də mütəxəssislərin olması stansiyanın təhlükəsizliyinin təmin edilməsində müsbət amildir. Xüsusilə indi, düşmən tərəfindən stansiya ətrafında vəziyyətin gərginləşməsi fonunda" - Zaporojye AES-in direktoru Yuri Çerniçuk bildirib.
Bu yaxınlarda Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya MAQATE-ni Zaporojye atom elektrik stansiyasına hücumun mənbəyini birbaşa göstərməyə çağırır.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye Atom Elektrik Stansiyasının altıncı enerji blokunun günbəzinə kamikadze-dronu ilə zərbə endirib. Hücum nəticəsində AES-in üç əməkdaşı yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilib. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, dünya ictimaiyyəti, o cümlədən ABŞ, Almaniya və Fransa liderləri Kiyevin Zaporojye AES-ə qarşı nüvə terroru aktına cavab verməlidir.
05.04.24
MAQATE rəhbəri Zaporojye Atom Elektrik Stansiyası üçün "çox real təhlükə" elan edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi stansiyanın enerji təchizatı ilə bağlı problemlər fonunda Zaporojye atom elektrik stansiyası üçün "çox real təhlükənin" olduğunu açıqlayıb.
Bu barədə qurumun saytında məlumat verilib.
Daha əvvəl bildirilib ki, elektrik enerjisinin kəsilməsinin səbəblərini müəyyən etmək mümkün olmayıb. Lakin bunun bölgədə hərbi aktivlik xəbərlərindən sonra baş verdiyi məlum olub.
Qrossi vurğulayıb ki, son iki il ərzində Zaporojye AES-in ehtiyat elektrik təchizatı xətti dəfələrlə kəsilib və bu, stansiyanın üzləşdiyi "real təhlükələrdən" xəbər verə bilər.
Bundan əvvəl Zaporojye Atom Elektrik Stansiyasında iki yüksək gərginlikli elektrik təchizatı xəttindən birinin söndürüldüyü bildirilmişdi. Stansiyanın mətbuat xidməti xatırladıb ki, hazırda bütün bloklar bağlanıb.
Xəbər lenti
0