https://sputnik.az/20240416/maqate-rehberi-qrossi-zaporojye-aes-e-hucum-neticesinde-nuve-qezasi-tehlukesini-xatirladib-463803433.html
Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcək
Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcək
Sputnik Azərbaycan
MAQATE rəhbəri kommunikasiya kanalının açıq saxlanılmasının vacibliyini qeyd edib. 16.04.2024, Sputnik Azərbaycan
2024-04-16T20:30+0400
2024-04-16T20:30+0400
2024-04-16T14:42+0400
maqate
zaporojye
aes
dünya xəbərləri
mariya zaxarova
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
nüvə
qəza
qəza
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537236_0:0:3072:1728_1920x0_80_0_0_61c9997980c8bcee52113548d0ce4465.jpg
BAKI, 16 aprel — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər etməyi planlaşdırır. "RİA Novosti" bu barədə xəbər verib. "Biz Ukrayna və Rusiyaya səfər etməliyik" - o vurğulayıb. Təşkilat rəhbəri bu kommunikasiya kanalının açıq saxlanılmasının vacibliyini qeyd edib. Qrossinin sözlərinə görə, MAQATE bu il Moskva və Kiyevi Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) texniki vəziyyətini qiymətləndirməyə dəvət etmək istəyir. Bundan əvvəl Rafael Qrossi bildirib ki, Zaporojye AES-də böyük nüvə qəzası ehtimalı onun bütün enerji bloklarının soyuq dayandırma rejiminə keçirilməsinə baxmayaraq, çox real olaraq qalır.08.04.24, 22:01MAQATE rəhbəri Qrossi Zaporojye AES-ə hücum nəticəsində nüvə qəzası təhlükəsini xatırladıbUkraynanın Zaporojye AES-ə hücumu ağılsızlıqdır. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib. O, həmin obyektlə bağlı bu cür hərəkətlərin dərhal dayandırılmasına çağırıb. Qrossi xatırladıb ki, AES-ə hücumlar ciddi nüvə qəzası riskini artırır. "Bu, Avropanın ən böyük atom elektrik stansiyasının mühafizəsinin əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu cür ehtiyatsız hücumlar ciddi nüvə qəzası riskini xeyli artırır. Dərhal dayanmalıdırlar" - o, X* sosial şəbəkəsində yazıb. MAQATE ekspertlərinin fikrincə, altıncı blokdakı zədə nüvə təhlükəsizliyinə təsir göstərməyib. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının altıncı enerji blokunun günbəzinə kamikadze pilotsuz təyyarə ilə zərbə endirib. Hücum nəticəsində AES-in üç əməkdaşı yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, dünya ictimaiyyəti, o cümlədən ABŞ, Almaniya və Fransa liderləri Kiyevin Zaporojye AES-ə qarşı nüvə terroru aktına cavab verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537236_171:0:2902:2048_1920x0_80_0_0_ca9a949d846cc2f1acb829ad16bd118b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
maqate, zaporojye, aes, mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, nüvə, qəza, qəza, qəza, qəza, qəza, atom elektrik stansiyası
maqate, zaporojye, aes, mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, nüvə, qəza, qəza, qəza, qəza, qəza, atom elektrik stansiyası
Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcək
MAQATE rəhbəri kommunikasiya kanalının açıq saxlanılmasının vacibliyini qeyd edib.
BAKI, 16 aprel — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər etməyi planlaşdırır. "RİA Novosti" bu barədə xəbər verib.
"Biz Ukrayna və Rusiyaya səfər etməliyik" - o vurğulayıb.
Təşkilat rəhbəri bu kommunikasiya kanalının açıq saxlanılmasının vacibliyini qeyd edib. Qrossinin sözlərinə görə, MAQATE bu il Moskva və Kiyevi Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) texniki vəziyyətini qiymətləndirməyə dəvət etmək istəyir.
Bundan əvvəl Rafael Qrossi bildirib ki, Zaporojye AES-də böyük nüvə qəzası ehtimalı onun bütün enerji bloklarının soyuq dayandırma rejiminə keçirilməsinə baxmayaraq, çox real olaraq qalır.
MAQATE rəhbəri Qrossi Zaporojye AES-ə hücum nəticəsində nüvə qəzası təhlükəsini xatırladıb
Ukraynanın Zaporojye AES-ə hücumu ağılsızlıqdır.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
O, həmin obyektlə bağlı bu cür hərəkətlərin dərhal dayandırılmasına çağırıb. Qrossi xatırladıb ki, AES-ə hücumlar ciddi nüvə qəzası riskini artırır.
"Bu, Avropanın ən böyük atom elektrik stansiyasının mühafizəsinin əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu cür ehtiyatsız hücumlar ciddi nüvə qəzası riskini xeyli artırır. Dərhal dayanmalıdırlar" - o, X* sosial şəbəkəsində yazıb.
MAQATE ekspertlərinin fikrincə, altıncı blokdakı zədə nüvə təhlükəsizliyinə təsir göstərməyib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının altıncı enerji blokunun günbəzinə kamikadze pilotsuz təyyarə ilə zərbə endirib. Hücum nəticəsində AES-in üç əməkdaşı yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, dünya ictimaiyyəti, o cümlədən ABŞ, Almaniya və Fransa liderləri Kiyevin Zaporojye AES-ə qarşı nüvə terroru aktına cavab verməlidir.