https://sputnik.az/20240416/eli-esedov-yeni-nov-koronavirusla-mubarize-aparan-tibb-iscileri-barede-qerar-imzalayib-463958438.html
Əli Əsədov yeni növ koronavirusla mübarizə aparan tibb işçiləri barədə qərar imzalayıb
Əli Əsədov yeni növ koronavirusla mübarizə aparan tibb işçiləri barədə qərar imzalayıb
Sputnik Azərbaycan
COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb. 16.04.2024, Sputnik Azərbaycan
2024-04-16T16:46+0400
2024-04-16T16:46+0400
2024-04-16T16:46+0400
əli əsədov
cəmiyyət
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
covid-19
yeni tip koronavirus pandemiyası
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 16 aprel — Sputnik. Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb. Alimlər COVID-19-un psixi sağlamlıq üçün yeni təhlükəsini müəyyən ediblər. Xatırladaq ki, 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində naməlum virus aşkarlanıb. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlanıb. 2020-ci ilin martından etibarən isə COVID-19 virusu Azərbaycana da ayaq açıb və qısa müddətdə də ölkədə pandemiya rejimi elan edilib. ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, covid-19, yeni tip koronavirus pandemiyası, koronavirus
əli əsədov, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, covid-19, yeni tip koronavirus pandemiyası, koronavirus
Əli Əsədov yeni növ koronavirusla mübarizə aparan tibb işçiləri barədə qərar imzalayıb
COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.
BAKI, 16 aprel — Sputnik. Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.
Alimlər COVID-19-un psixi sağlamlıq üçün yeni təhlükəsini müəyyən ediblər.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində naməlum virus aşkarlanıb. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlanıb. 2020-ci ilin martından etibarən isə COVID-19 virusu Azərbaycana da ayaq açıb və qısa müddətdə də ölkədə pandemiya rejimi elan edilib.
ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.