https://sputnik.az/20240416/bayram-gunlerinde-yol-qezalarinda-ne-qeder-adam-oz-heyatini-itirib---sok-statistika-463955501.html
Bayram günlərində yol qəzalarında nə qədər adam öz həyatını itirib - Şok statistika
Bayram günlərində yol qəzalarında nə qədər adam öz həyatını itirib - Şok statistika
Sputnik Azərbaycan
Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb. 16.04.2024, Sputnik Azərbaycan
2024-04-16T10:50+0400
2024-04-16T10:50+0400
2024-04-16T10:52+0400
bayram
cəmiyyət
din
dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565782_0:0:1280:720_1920x0_80_0_0_5606da0be93611bf4d42594015309a91.jpg
BAKI, 16 aprel — Sputnik. Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 9 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb. Qeyri-iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və yollarda gündəlik nəzarət tədbirləri həyata keçirmişdir. Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da fasiləsiz olaraq davam etdiriləcəkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565782_160:0:1120:720_1920x0_80_0_0_8d78c41bf287b2fc74d858814feff3c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bayram, din, dövlət yol polisi idarəsi
bayram, din, dövlət yol polisi idarəsi
Bayram günlərində yol qəzalarında nə qədər adam öz həyatını itirib - Şok statistika
10:50 16.04.2024 (Yenilənib: 10:52 16.04.2024) Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb.
BAKI, 16 aprel — Sputnik. Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 9 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb.
Qeyri-iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və yollarda gündəlik nəzarət tədbirləri həyata keçirmişdir.
Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da fasiləsiz olaraq davam etdiriləcəkdir.