https://sputnik.az/20240416/azerbaycanda-mitinq-cagirislari-ermenistan-ve-ona-dost-olan-olkelere-serf-edir---mollazade-463954427.html
Azərbaycanda mitinq çağırışları Ermənistan və ona dost olan ölkələrə sərf edir - Mollazadə
Azərbaycanda mitinq çağırışları Ermənistan və ona dost olan ölkələrə sərf edir - Mollazadə
Sputnik Azərbaycan
İndi mitinq keçirmək erməni və İran dəyirmanına su tökməkdir
2024-04-16T10:00+0400
2024-04-16T10:00+0400
2024-04-16T11:16+0400
siyasət
millət vəkili asim mollazadə
asim mollazadə
mitinq
ermənistan
cop29
etiraz aksiyaları
kütləvi etiraz aksiyaları
https://cdnn1.img.sputnik.az/img/41183/82/411838265_1:0:1000:562_1920x0_80_0_0_e0c8397798a2dcfc5c48423639835f8f.jpg
BAKI, 16 aprel - Sputnik. Regionda baş verən hazırkı proseslər, mövcud geostrateji vəziyyətdə Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırışlar etmək yalnız Ermənistana və ona dost, qardaş olan ölkələrə sərf edir.Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Sputnik Azərbaycan-a ölkənin radikal müxalifətini birləşdirən Milli Şura rəhbərliyinin mitinq çağırışlarına münasibət bildirərkən deyib.O qeyd edib ki, Ermənistan və onunla dost olan ölkələr üçün regiondakı hazırkı proseslərin, eləcə də diqqətin başqa istiqamətə yönəldilməsi çox vacibdir. Azərbaycandakı heç bir siyasi qüvvə buna alət olmamalıdır.Millət vəkili əlavə edib ki, Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin regionda uzunmüddətli sülhün yaradılması istiqamətində işlərin getdiyi, ölkədə COP29 kimi dünya əhəmiyyətli tədbirlərin planlaşdırıldığı bir vaxtda belə çağırışlar Azərbaycana arxadan zərbə vurmaqdan başqa bir şey deyil.Xatırladaq ki, Milli Şura 21 aprel tarixinə mitinq təyin edib. Qurum aksiyalar yolu ilə yeni seçkilərin keçirilməsinə nail olmağı və mövcud hakimiyyətin devrilməsini hədəf seçdiyini açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41183/82/411838265_126:0:875:562_1920x0_80_0_0_ebb5b7a954bd43dbaa9f089c46cf5dba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mollazadə müxalifəti qeyri-dost ölkələrə alət olmamağa çağırdı, mitinq, erməni dəyirmanına su tökmək, iran
mollazadə müxalifəti qeyri-dost ölkələrə alət olmamağa çağırdı, mitinq, erməni dəyirmanına su tökmək, iran
Azərbaycanda mitinq çağırışları Ermənistan və ona dost olan ölkələrə sərf edir - Mollazadə
10:00 16.04.2024 (Yenilənib: 11:16 16.04.2024) Deputatın fikrincə, Ermənistan və onunla dost olan ölkələr üçün regiondakı hazırkı proseslərin, eləcə də diqqətin başqa istiqamətə yönəldilməsi çox vacibdir. Azərbaycandakı heç bir siyasi qüvvə buna alət olmamalıdır.
BAKI, 16 aprel - Sputnik. Regionda baş verən hazırkı proseslər, mövcud geostrateji vəziyyətdə Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırışlar etmək yalnız Ermənistana və ona dost, qardaş olan ölkələrə sərf edir.
Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Sputnik Azərbaycan-a ölkənin radikal müxalifətini birləşdirən Milli Şura rəhbərliyinin mitinq çağırışlarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan və onunla dost olan ölkələr üçün regiondakı hazırkı proseslərin, eləcə də diqqətin başqa istiqamətə yönəldilməsi çox vacibdir. Azərbaycandakı heç bir siyasi qüvvə buna alət olmamalıdır.
Millət vəkili əlavə edib ki, Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin regionda uzunmüddətli sülhün yaradılması istiqamətində işlərin getdiyi, ölkədə COP29 kimi dünya əhəmiyyətli tədbirlərin planlaşdırıldığı bir vaxtda belə çağırışlar Azərbaycana arxadan zərbə vurmaqdan başqa bir şey deyil.
Xatırladaq ki, Milli Şura 21 aprel tarixinə mitinq təyin edib. Qurum aksiyalar yolu ilə yeni seçkilərin keçirilməsinə nail olmağı və mövcud hakimiyyətin devrilməsini hədəf seçdiyini açıqlayıb.